Dizayn
Gələn ilin əsas rəng çaları seçildi
Məşhur Holland boya markası “Dulux” növbəti mövsüm üçün əsas rəngi seçib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 2021-ci ilin rəngi “Brave Ground” adlı torpaq bej çalarlarıdır.
2021-ci ilin rəngi “Brave Ground” adlı torpaq bej rənglidir. Şirkət bu rəngin universal olduğunu və təbiətin gücünü əks etdirdiyini qeyd edir. “Brave Ground” sülh və məxfilik yaratmaq üçün istənilən dekorada istifadə edilə bilər.
Şirkət mütəxəssisləri bu çaları təsadüfən seçməyib. Bunda koronavirus pandemiyası böyük rol oynayıb. “Qlobal pandemiya nəticəsində insanların yaşayış və yaşamaq üçün prioritetləri, yaşayış və iş şəraiti də əhəmiyyətli dərəcədə dəyişib. "ColourFutures 2021" palitrasının bir hissəsi olan "Brave Ground" insanlara rahatlıq hissi bəxş etməklə yanaşı müsbət enerji ötürəcək” , - Dulux UK şirkətinin yaradıcı direktoru Marianne Şillinqford açıqlamasında qeyd edib.
Səssiz çalarlara əlavə olaraq mütəxəssislər qırmızı və çəhrayı rənglərin ekspresiv palitrası ilə yanaşı, qəhvəyi çalarların dəbdə olacağını qeyd edib.
Xatırladaq ki, bir il əvvəl şirkət “sakit şəfəq” mənasını verən pastel yaşıl Tranquil Dawn çalarını əsas rəng elan etmişdi. Mütəxəssislər səhər səmasının görüntüsündən ilham aldıqlarını və bu rəngin interyerdə istifadə oluna biləcəyini, xüsusilə yaradıcılıq və məna axtarışları üçün ideal olduğunu bildirmişdi.
Aytən Məftun
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Güllə yarası alan reper öldü - İntihar edib?
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi





































