Dünya
Polisdən valideynlərə xəbərdarlıq: uşaqlarınızın şəkillərini…
Almaniya polisi valideynlərə övladlarının şəkillərini Facebookda paylaşmamağı tövsiyə edib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, polis şəkillərin pedofillərin əlinə keçmə ehtimalının yüksək olduğunu və bunun uşaqlar üçün təhlükəli ola biləcəyini bəyan edib. Polis tövsiyə edib ki, uşaqların şəkli sosial şəbəkədə paylaşılarkən onları, sadəcə, dostların görməsi üçün tənzimləsinlər.
NSPCC uşaqların müdafiə təşkilatı da polisə dəstək bəyanatı yayıb.
“Təbii ki, valideynlər uşaqlarının şəkillərini çəkərək onları dostları və ailə üzvləri ilə paylaşmaq istəyə bilər. Bu çox normaldır, lakin biz hamımız şəkilləri onlayn paylaşarkən diqqətli olmalıyıq. Biz bilirik ki, seks cinayətkarları uşaqların məsum ailə şəkillərini redaktə edə bilir və hazırkı fotoredaktə proqramları bu prosesi xeyli asanlaşdırır. Ona görə də valideynlər uşaqlarının şəkillərini paylaşarkən məxfilik parametrlərini yoxlamalıdırlar və şəkli izləyəcək şəxslərdən əmin olmalıdırlar”, - bəyanatda deyilir.
-
ABŞ05:15ABŞ və İran uranı birlikdə çıxaracaq - Trampdan sensasion açıqlama
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa














.jpg)


.webp)
















