Dünya
Əsəd istefa verəcək – Putin və Əsədin Moskva görüşünün detalları məlum oldu
Rusiyanın “Kommersant” nəşri Suriya prezidenti Bəşər Əsədin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşünün detallarını əldə edə bilib.
Publika.az xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd yaxın zamanda istefa verəcəyini açıqlayacaq.
“Kommersant” yazır ki, Əsəd Putinlə 3 saatlıq görüşdən sonra yaxın vaxtlarda istefa bəyanatını verməyi qəbul edib. Qəzetə görə, Əsəd bəyanatında ölkəsindəki böhranın siyasi yolla həll edilməsi üçün uzlaşmanı qəbul etdiyini açıqlayıb, bu məqsədlə də yaxın vaxtlarda hakimiyyətdən getməyə razı olacaq.
Nəşrin iddiasına görə, Putin Əsədə müxalifətlə masaya oturması üçün təzyiq göstərir.
Ötən həftə yayılan məlumata görə, Rusiya Əsədin 6 aylıq siyasi keçid prosesindən sonra vəzifəsindən getməsini nəzərdə tutan planı ABŞ-a təqdim edib. Planın Vaşinqtonla yanaşı, Türkiyə tərəfindən də qəbul olunduğu bildirilir.
Ömər Dağlı
-
ABŞ21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Nida Xəbər 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?


















.png)










.png)

.jpg)






