Əsədə “50 santimetrlik” dəstək, bataqlığa sürüşən Rusiya, Obamanın doğrulan proqnozu...
Bizi izləyin

Dünya

Əsədə “50 santimetrlik” dəstək, bataqlığa sürüşən Rusiya, Obamanın doğrulan proqnozu...

“Rusiya prezidentinin sözlərinə görə, Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə uğurlu nəticələr əldə edir. Amma Suriyada Rusiyanın uğursuzluqları artır, əraziləri qaytarmaq üçün isə Əsədin ordusu çox zəifdir”.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Zeit” nəşri yazıb.

“Putinin hava hücumu dörd həftə əvvəl başlanıb. O vaxtdan Rusiya döyüş təyyarələri Suriyanın səmasında fasiləsiz uçur. Oktyabrın 7-də isə Suriyaya Xəzər dənizindən qanadlı raketlər atıldı. Rusiya Baş qərargahının nümayəndəsi hər gün hərbi qələbələr haqqında xəbərlərlə mətbuat qarşısında lovğalanırdı. Amma indi Rusiyanın təbliğat maşını sakitləşib”, - nəşrin müşahidəçisi Martin Qelena qeyd edib.

Onun fikrincə, Rusiyanın təbliğat maşınının sakitləşməsi Suriya ordusunun döyüş meydanında məğlubiyyətləri ilə bağlıdır. Yaxın vaxtlarda bir Suriya komandiri istehzalı təbəssümlə Hama şəhərinin yaxınlığında “yalnız 50 santimetr” irəlilədiyini bildirdi. İnternetdə Səudiyyə Ərəbistanı tərəfindən verilən TOW mobil tank əlehinə komplekslərinin köməyi ilə məhv edilən və yanan Rusiya istehsalı tanklarıın göründüyü xeyli videoçarx görmək olar. Suriya müxalifətinin komandirlərindən biri “The Daily Beast” qəzetinə açıqlamasında lovğalanıb ki, onun bölməsi bir gün ərzində 23 Rusiya tankını məhv edib.

Müxalifət güclərinin əldə etdiyi radio danışıqlarının birində Rusiya generalı suriyalı həmkarlarının ünvanına ağır ittihamlar səsləndirib. Onun fikrincə, Suriya ordusu olduqca zəifdir və tezliklə yeni problemlər ortaya çıxacaq.

“Putin üçün riskləri artır. O, Rusiya quru qoşunlarının köməyi ilə Suriyada dağılan cəbhəni sabitləşdirməli olacaq. Bu isə münaqişənin kəskinləşdirə bilər”, - “Die Zeit” nəşrinin müşahidəçisi qeyd edib.

Avropa Birliyinin təhlükəsizlik və xarici siyasət məsələri üzrə ali komissarı Federika Moqerini hesab edir ki, Rusiya siyasi keçid dövrünü təşkil etməsə ikinci Əfqanıstan bataqlığında batmaq təhlükəsi ilə üz-üzə qalacaq.

“Bloomberg” agentliyi isə yazıb ki, Suriya böhranı ilə bağlı prezident Barak Obamanın proqnozu gerçəkləşməyə başlayıb. ABŞ prezidentinin fikrincə, Rusiya hiss edib ki, Suriya prezidenti Bəşər Əsədi dəstəkləmək cəhdi onu bataqlığa itələyir. Vaşinqton hesab edir ki, bu yeni diplomatik imkanlar açır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm