Dünya
Pekin Vaşinqtonu müharibə ilə hədələdi
“Amerika esminesinin Nanşa arxipelaqı ərazisinə daxil olması təhlükəli təxribatdır və belə hərəkətlər silahlı konfliktlə nəticələnə bilər”.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin ordusunun Hərbi-Dəniz Qüvvələrinin komandanı admiral Şenli bildirib.
“Əgər ABŞ təhlükəli və fitnəkar hərəkətlərinə davam edərsə, o halda dənizdə iki ölkənin silahlı qüvvələrinin arasında son dərəcə gərgin vəziyyət yaranacaq. Bu hətta silah tətbiqi ilə də nəticələnə bilər”, - çinli admiral bildirib.
O, video konfrans formasında ABŞ Hərbi-Dəniz Qüvvələrinin başçısı admiral Con Riçardsonla danışaraq narahatlığını onun da diqqətinə çatdırıb. Şenli qeyd edib ki, Cənubi Çin dənizində Çin və ABŞ arasında əməkdaşlığın qaydaya salınması üçün geniş perspektivlər var. Onun sözlərinə görə, hər iki dövlət dünya okeanının bu bölgəsində sülh və sabitliyin saxlanılması işində konstruktiv rol oynamalıdır.
Ömər Dağlı
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...
-
İdman11 Aprel 23:36Ronaldo karyerasının 968-ci qolunu vurdu
-
Ekologiya11 Aprel 22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq11 Aprel 22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial11 Aprel 21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ































