Dünya
İki həftəlik körpəsini 90 dollara satan ana tutuldu - FOTO
Nigeriyada 2 həftəlik körpəni satmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb. Yerli polisin verdiyi məlumata görə, saxlanılanlar arasında körpənin anası da var.
Saxlanılanlar uşağı təxminən 90 dollar civarında satmaq istəyiblər. Ananın sözlərinə görə, onu bu addımı atmağa məcbur edən səbəb yoxsulluq olub.
2013-cü ildə Nigeriya polisi ölkənin cənub-şərqində bir evdə eyni adamdan hamilə qalan 17 qızı aşkar edib. Həmçinin evdə 11 körpə də tapılıb. Sığınacağın sahibi qadınları hamilə edərək onların uşaqlarını əllərindən alır və satırmış. Həmin evi “Uşaq istehsal fabriki” adlandırırlar.
BMT-nin məlumatına görə, insan alveri, xüsusən də körpə uşaqların satılması Nigeriyada miqyasına görə fırıldaqçılıq və narkotik ticarətindən sonra üçüncü ən böyük cinayətdir.
Gülnar Əliyeva
-
Dünya10:35Paşinyan xalqa Azərbaycanla bağlı çağırış etdi
-
MDB09:54Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
-
Dünya09:18Məşhur uşaq qidasında siçan zəhəri tapıldı: Azərbaycanda da satılır - FOTO
-
Rəsmi xronika09:02İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi
-
İdman08:24Ronaldonun 969-cu qolu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
ABŞ05:45ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
-
Magazin105:15Müğənni Pünhan nişanlandı - FOTO













.webp)


.jpg)


















