Dünya
London və Nyu-Yorkdakı yüzmilyardlarla dollarlıq əmlakın gizli sahibləri
Korrupsiyaya qarşı mübarizə məqsədi ilə yaradılan Beynəlxalq Şəffaflıq Təşkilatı tərəfindən hazırlanmış "Pərdə" Şirkətlər Qlobal Hesabatı" açıqlanıb.
Publika.az “marja”ya istinadən xəbər verir ki, G20 Sammiti ərəfəsində təşkilatın sədri Kobus de Svardt tərəfindən açıqlanan hesabata görə, ABŞ və Çin də daxil olmaqla G20 hökumətləri korrupsiyaya qarşı mübarizədə uğursuzdurlar.
Hesabata görə, şirkətlər yolu ilə ildə 2 trilyon dollara yaxın pul yuyulur. G20 ölkələri arasında yalnız İngiltərə cinayətkarların sərvətlərini saxlamalarına mane olma məsələsində fəal səy göstərir.
Dünyanın ən böyük iqtisadiyyatları olan ABŞ və Çin isə "zəif çərçivə" kateqoriyasına düşərək ən pis performans nümayiş etdirən ölkələr arasına giriblər. Hesabatda hər iki ölkənin şirkət və digər hüquqi şəxslərinin korrupsiya vasitəsi kimi istifadə edilməsinin qarşısını alacaq aktların qəbul edilməsi istiqamətindəki səylərini artırmalarının vacib olduğu vurğulanır.
Hesabatda G20 hökumətlərinin şirkətlər, banklar və korrupsiyaya qarışan insanlar üzərindəki nəzarətlərini artırmalarının lazım olduğu ifadə edilib.
Hesabata görə, yalnız Hindistan və İngiltərə şirkətlərdən səhmdarları və ya onları idarə edən xüsusi adamlar haqqındakı məlumatları qeyd etmələrini tələb edir.
"Daha da narahat edici bir vəziyyət isə Nyu-York, Tokio, Şanxay və
Sidney kimi maliyyə mərkəzlərini əhatə edən 8 G20 ölkəsində
bankların pulun arxasındakı adamı tapmasalar belə, prosesi
tamamlaya bilmələridir" ifadələrinin istifadə olunduğu hesabata
görə, 7 G20 ölkəsində dəllallar əmlak satış və alışlarının
arxasındakı fiziki şəxsləri müəyyən etmək məcburiyyətində deyillər.
Bunun nəticəsi olaraq London və Nyu-Yorkdakı yüzmilyardlarla
dollarlıq əmlakın gizli sahibləri var.
İqtisadiyyat şöbəsi
-
MDB14:15Rusiyanın ən böyük zavodlarından biri Ukraynanı dəstəklədiyi üçün satışa çıxarıldı
-
Region14:05İranda dəhşət: Qadını küçədə elə hala saldılar ki... - VİDEO
-
Magazin213:50"Şmatko" görmə qabiliyyətini itirib?
-
ABŞ13:34Dünya bundan danışır: Saniyələr ərzində dondu – VİDEO
-
Yaxın Şərq12:25Müəllim şagirdinə 25 min intim mesaj göndərdi
-
Maraq dünyası11:46Buzlu suyun altında 20 saat qalan kişi sağ tapıldı
-
Nəqliyyat11:30Bir mübahisə, onlarla zərərçəkən: Sürücü pul yığmalıdır, yoxsa...
-
İdman10:33Advokat ona niyə "türk əclaf" deyib?































