Yaxın Şərq
İrandan gözlənilməz Hörmüz qərarı: Bu ölkənin gəmiləri boğazı yarıb keçdi
İran Hindistan bayrağı altında üzən gəmilərin faktiki olaraq bağlanmış hesab edilən Hörmüz boğazından keçməsinə icazə verib.
Publika.az xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, qərar iki ölkənin xarici işlər nazirləri - Subrahmanyam Cayşankar və Abbas Əraqçinin apardığı danışıqlardan sonra qəbul olunub.
Bildirilir ki, artıq azı iki Hindistan tankeri – “Pushpak” və “Parimal” boğazdan təhlükəsiz şəkildə keçərək marşrutlarını davam etdirib.
Bundan iki gün əvvəl isə daha bir gəmi - Liberiya bayrağı altında üzən, lakin kapitanı hindistanlı olan və Səudiyyə Ərəbistanından neft daşıyan tanker də Hörmüz boğazını uğurla keçərək Mumbay limanına yan alıb.
Qeyd edək ki, bu, bölgədə gərginliyin artmasından sonra baş verən ilk belə hadisə hesab olunur.
Ekspertlər hesab edirlər ki, İranın Hindistan gəmilərinə istisna tətbiq etməsi regionda enerji daşımaları və beynəlxalq ticarət üçün mühüm siqnal ola bilər.
Adəm
-
İdman22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

































