Dünya
ABŞ İŞİD-in kimyəvi silah obyektlərini vurdu
ABŞ hərbi aviasiyası İraqın Mosul şəhərinin yaxınlığında İŞİD terror qruplaşmasının obyektlərinə zərbələr endirib.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, obyektlərdə kimyəvi silahın hazırlandığı təxmin edilir.
Məlumata görə, zərbələrin nə qədər müvəffəqiyyətli olduğu hazırda məlum deyil. Qeyd edilir ki, İŞİD-in saxlanılan döyüşçülərdən biri hərbi məlumatları ABŞ-la bölüşüb və bu məlumatlar hava əməliyyatına imkan verib.
İŞİD-in obyektlərində təhlükəli kimyəvi maddə olan ipritin istehsal olunduğu ehtimal edilir.
Daha əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Brennan İŞİD-in kimyəvi silah istehsalı üçün imkana malik olduğunu və artıq Suriya və İraqda bu silahı tətbiq etdiyini bildirib: “Biz İŞİD-in döyüş meydanlarında kimyəvi silah tətbiqinə dair bir neçə hal barədə məlumata malikik”.
Con Brennan xəbərdarlır edib ki, İŞİD maliyyə vəsaitləri əldə etmək üçün kimyəvi silahların Qərbə ixracına cəhd göstərə bilər: “Düşünürəm ki, potensial olaraq belə imkan mövcuddur. Bu səbəbdən onların istifadə etdikləri müxtəlif nəqliyyat xətləri və qaçaqmal marşrutlarını bağlamaq vacibdir”.
MKİ-nin məlumatına görə, İŞİD terrorçuları kimyəvi sursatlarda istifadə edilən xlor və iprit kimi zəhərləyici maddələri az miqdarda istehsal edə bilərlər.
Ömər Dağlı
-
Hadisə10:21Biləsuvarda dəhşətli qəza - 5 nəfər öldü
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
MDB09:20Kiçik uşaqları olanlara sosial güzəştlər olacaq: Qanun layihəsi təqdim olundu
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO


























.jpg)



