Dünya
Brüssel terrorçularından biri İtaliyada həbs edildi
Brüsseldə törədilmiş terror aktlarında əli olan cinayətkarlardan biri İtaliyada həbs olunub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliya polisi qanlı olayda iştirakı məlum olmuş bir əlcəzairlini həbs edib.
Yerli mətbuatın yazdığına görə, İtaliyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Brüsseldə terror aktlarına iştirakda şübhəli bilinən əlcəzairlini Salernonun cənub əyalətində yaxalayıblar. Camal Eddin Uali adlı şəxs Belçika hökuməti tərəfindən verilmiş həbs orderi ilə saxlanılıb.
O, Brüsseldə və Parisdə terror hücumlarını həyata keçirmiş cinayətkarların istifadə etdikləri saxta sənədlərin hazırlanmasında şübhəli bilinir.
Qeyd edək ki, bir neçə gün əvvəl Belçika Prokurorluğu Brüsseldə terror aktlarında əli olan altı şübhəli şəxsin həbsi haqda məlumat yayıb. Onların saxlanılması məqsədilə keçirilən xüsusi əməliyyat martın 25-də Belçika paytaxtında baş tutub.
Anar
-
İdman14:03Ronaldo Səudiyyə Ərəbistanıdan qaçıb? - Təyyarəsi bu ölkəyə enib
-
İdman13:16Qurbanovun müəmmalı seçimi, Dambrauskasın səhvi: Kimin bu yerlərə necə gəldiyi bilinəcək
-
Sosial12:55Sabah yağış yağacaq - PROQNOZ
-
Hadisə11:42Bu şəxslərə hərbi xidmət üçün möhlət hüququ verilsin - MM-dən təklif
-
ABŞ10:50Klinton “Epşteyn işi” ilə bağlı ifadə verdi, Trampı “baqaja” qoydu: Yaxşı tanıyırdı
-
İdman10:22Levandovskinin sirrini açan polşalı gözəl: Onlar ölkələrində nəyə görə nümunədirlər?
-
Yaxın Şərq09:49ABŞ və İsrail Gülüstan sarayını dağıtdı - Video
-
ABŞ09:12Trampdan sirli mesaj: Çox tezliklə İranı kimin idarə etdiyini biləcəksiniz

























.jpg)






