Dünya
ABŞ-ın atom gəmisi Cənubi Koreyada
Amerikanın çoxməqsədli “Missisipi”atom sualtı gəmisi Asiya ölkələri üzrə səfər çərçivəsində Cənubi Koreyanın Pusan limanına daxil olub.
Publika.az xəbər verir ki, bu haqda ABŞ hərbçilərinə istinadən “Renxap” informasiya agentliyi bildirib.
“Missisipi” 141 nəfərlik ekipajla bir sıra məsələləri yerinə yetirəcək”, - agentlik ABŞ-ın sualtı gəmilərinin 7-ci qrupunun bəyanatını sitat gətirib.
Məlumata görə, “Missisipi”nin Pusana daxil olması ABŞ və Cənubi Koreyanın hərbi dəniz qüvvələri arasında mövcud əlaqələrin genişlənməsi baxımından əhəmiyyət daşıyır.
“Virginia” sinfindən olan sualtı gəmi 7800 ton su tutumu ilə ABŞ-ın Sakit okean donanmasında ən yeni gəmilərdən biridir. Gəmi 2012-ci ilin iyununda silahlanmaya daxil olub. “Missisipi” 12 raket sistemi ilə təchiz edilib. Raket sistemlərinə torpedalar, həmçinin “Tomahawk” tipli qanadlı raketlər daxildir.
Ömər Dağlı
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır





























.jpg)

.jpg)