Dünya
Əsəd: “İran və Rusiya məni müdafiə etmir”
“İran və Rusiya Suriyada mənim üçün deyil, mənfəətləri üçün döyüşür”.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avstraliyanın SBS telekanalına verdiyi müsahibəsində Suriya lideri Bəşər Əsəd deyib.
“İran və Rusiyanın Əsədi dəstəklədiyi barədə iddialar doğru deyil. Vəziyyətin nə dövlət başçısı, nə də bir şəxslə əlaqəsi var. Qərb mediasında səslənən iddialara görə, İran və Rusiya Əsədi dəstəkləyir. Ancaq vəziyyət belə deyil”, - Suriya prezidenti bildirib.
Bəşər Əsəd Suriyadakı xaosun bölgədə “domino effekti” təsiri göstərəcəyini vurğulayıb: “Suriyadakı vəziyyət İran və Rusiyaya təsir edəcək. Eyni zamanda Avropaya təsir edəcək. İran və Rusiya Suriyanın sabitliyini müdafiə edərkən, əslində öz sabitlikləri və mənfəətlərini müdafiə edirlər”.
Dövlət başçısı həmçinin ABŞ rəhbərliyi ilə birbaşa dialoqun olmamasına baxmayaraq, fərqli kanallarla ünsiyyət saxladıqlarını söyləyib: “Onlardan soruşsanız təkzib edəcəklər, biz də təkzib edəcəyik. Ancaq fərqli ünsiyyət kanalları var”.
Ömər Dağlı
-
Hadisə21:00Azərbaycanda ağır qəza - Ölənlər var
-
Sosial20:52Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ
-
İdman20:36UEFA Konfrans Liqası: "Zirə"dən ikinci qol - YENİLƏNİR
-
Nəqliyyat20:23Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi - VİDEO
-
Sosial19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq
-
Sosial19:00Korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanılıb
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO





























