Dünya
Orta Asiyada qorxulu ssenari: türkləri üz-üzə qoymaq istəyirlər
“Atatürk hava limanı terrorunda “türk faktoru” alət
edildi. Orta Asiya ölkələrinin birində yenə “türk faktoru” alət
edilərək terror aktı törədilə bilər və bu çox mənfi ssenariyə səbəb
olar”.
Admiral.Az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri
qazaxıstanlı siyasi ekspert Nurqali Yusipbay deyib.
N.Yusipbay qeyd edib ki, son günlər üç diqqət çəkən hadisə baş
verib:
“1. Ərdoğan və Putin təyyarə
qəzasından sonra yaşanan gərginliyi aradan qaldırmaq qərarı
verdilər. 2. Atatürk hava limanında törədilən terror aktında “türk,
yaxud Orta Asiya faktoru” alət kimi istifadə edildi. 3. Ərdoğan
Nazarbayevə təşəkkür etdi və əməkdaşlığı artırmaq təklifini irəli
sürdü”.
Birinci məsələyə diqqət çəkən qazaxıstanlı siyasi ekspert deyib ki,
Rusiya və Çin Türkiyənin Orta Asiya bazarına girməsini
istəmir:
“Digər tərəfdən, Türkiyənin hazırda maraqlandığı bazar Orta
Asiya yox, birbaşa Rusiya bazarıdır. Türkiyənin Rusiya, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan arasındakı ticarət dövriyəsinin həcmi buna
sübutdur. Rusiyanın yaratdığı Gömrük İttifaqının hədəflərindən biri
də Türkiyəni bu coğrafiyadan uzaq tutmaqdır”.
N.Yusipbay Atatürk
hava limanında törədilən terror aktında “türk, yaxud Orta Asiya
faktoru”dan istifadə edildiyinə diqqət çəkərək, burada da
Türkiyənin Orta Asiya ilə əlaqələrinə zərbə vurmaq məqsədinin
olması ehtimalını yüksək dəyərləndirib.
“Bunlara baxmayaraq, Ərdoğan
Nazarbayevlə münasibətləri daha da yaxşılaşdırmaq niyyətindədir.
Əslində o, Putinlə də bunu etməyi düşünür. Lakin burada diqqətçəkən
məqam terror aktında “türk faktoru”nun istifadə edilməsidir. Bu
faktor bundan sonra da istifadə edilə bilər. Düşmən qüvvələr Orta
Asiya ölkələrindən birində “türk faktoru”nu alət edərək, terror
aktı törədə bilər. Bu dəfə İŞİD-də olan Türkiyə, yaxud Türkmənistan
vətəndaşlarından istifadə oluna bilər. Bu ən qorxulu ssenari olar
və Orta Asiyadakı qıpçaqlar və karluklarla oğuz türkləri arasında
qarşıdurma yarana bilər. Buna görə də türklər birləşməli,
Türkiyədəki AKP hökuməti də türk faktorunu ön plana çıxarmalıdır.
Yoxsa hamımız üçün gec olar”, - deyə o vurğulayıb.
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)































