Dünya
İki qatar toqquşdu: 20 ölü, 35 yaralı – FOTO/VİDEO (YENİLƏNİB)
İtaliyanın cənubunda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Məlumata görə, hadisədə ən azı 35 nəfər yaralanıb.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, hadisə Puqlia bölgəsində Korato və Andria qəsəbələri arasında baş verib.
Toqquşma nəticəsində qatarların vaqonları reysdən çıxıb.
Qəza nəticəsinə içəridə sıxılmış vəziyyətdə qalan insanların olduğu bildirilirdi. Hadisə yerinə xilasetmə və təcili tibbi yardım maşınları göndərilib.
Qəzanın tək xətli dəmiryolunda qatarlardan birinin yaşıl işığı gözləmədən keçməsi səbəbindən baş verdiyi ehtimal edilir.
***
15:22
İtaliyanın cənubunda, Andriya və Korato yaşayış məntəqələri arasında iki regional qatar toqquşub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb və xeyli yaralı var.
Təcili yardım və xilasetmə xidmətləri hazırda hadisə yerindədir.
Artıq regional dəmir yolu xətti üzrə hərəkət dayandırılıb.
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)































