Dünya
Nüvə sualtı gəmisi ticarət gəmisi ilə toqquşdu
İngiltərə Kral Donanmasına aid sualtı gəmi Cəbəllütariq sahillərində ticarət gəmisi ilə toqquşub.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda İngiltərə Müdafiə Nazirliyindən bildirilib.
İlkin məlumatlara görə, ticarət gəmisi zərər görməyib.
“HMS Ambush” adlı sualtı gəmi torpedalar və “Tomahawk” raketləri daşıyır. Sualtı gəminin içindəki nüvə stansiyasının zərər görmədiyi bildirilir. Hadisədə zərərçəkən olmayıb.
97 metr uzunluğunda və 1,6 milyard funt-sterlinq dəyərindəki “HMS Ambush” Kral Donanmasının ən böyük və müasir hücum sualtı gəmiləri arasında yer alır.
Ömər Dağlı
-
Sosial15:00Azərbaycanda balığa da vergi gəlir - Qiymətlər kəskin bahalaşacaq
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO
-
İdman10:17“Qarabağ”dan 100 milyonluq transfer: Azərbaycan futbolunda nə baş verir?
-
İdman09:45Məşhur aktrisa niyə Messiyə pərəstiş edir? - Birgə fotonu paylaşdı






















.webp)











