Dünya
Rus hərbi gəmiləri ABŞ sahillərində: Müharibə həyəcanı
Rusiyanın “Nikolay Çiker” hərbi gəmisi Ukraynanın şərqində vəziyyətin gərginləşdiyi gündən ABŞ-ın Florida ştatının sahillərində peyda olub. Bu barədə İtaliya mətbuatı yazıb.
Xəbərə görə, Rusiya Hərbi-Dəniz Qüvvələrinin nəhəng xilasetmə gəmisi “Nikolay Çiker” Ukraynanın şərq vilayətlərində vəziyyətin daha da gərginləşdiyi bir vaxtda Florida ştatının sahillərində müxtəlif manevrlər edir. Fevral ayının ortalarında “Nikolay Çiker” gəmisi Cəbəllütariq boğazından çıxıb və çox qısa müddətdə Karib adalarına çatıb. Gəminin göyərtəsində sualtı işlər üzrə mütəxəssis olan 50 nəfər var. Gəmi müasir avadanlıqlar, helkopterin eniş etməsi üçün meydança ilə təchiz olunub.
“Nikolay Çiker” gəmisi atom sualtı qayıqlarını kölgə kimi müşaiyət
edir və onlara lazımi dəstək verir. Bir çox ekspertlərin fikrincə,
ABŞ sahillərinə göndərdiyi iki atom sualtı gəmisinə dəstək verir.
“Nikolay Çiker” gəmisi həmçinin digər kəşfiyyat gəmiləri ilə
birlikdə işləyir. Gəmilərin fəallığı son bir həftədə isə daha
qabarıq nəzərə çarpır.
““Nikolay Çiker” gəmisi Karib adalarına çatandan sonra ABŞ-ın 7-ci donanmasının sualtı gəmilərinin olduğu Kinqs-Bey rayonundakı bazasının ərazisinə daxil olub. Deyilənə görə, ərazidə “Nikolay Çiker” ilə yanaşı “Viktor Leonov” kəşfiyyat gəmisi də üzür. Rusiya gəmilərini ABŞ sahillərinə Krım hadisələri başlayan vaxtdan göndərilib. Aprelin 2-ci həftəsində Florida ştatının sahillərində peyda olub. Aprelin 15-də isə hərbi gəmi Kaneveral kosmodromunun yerləşdiyi rayona girib. Elə həmin gün Ukraynada vəziyyət daha da gərginləşmişdi”, deyə İtaliyanın “Corriere della Sera” qəzetində dərc edilən yazıda bildirilir.
Qəzetdə qeyd olunur ki, ötən gün səhər “Nikolay Çiker” gəmisi NASA poliqonunun cənubunda yan alıb. Sanki izləmə mövqeyində durub. Gəminin Florida sahillərində manevrlər etməsi ilə bağlı ekspertlər müxtəlif fikirlər söyləyirlər. Bunlar aşağıdakılardır:
1. Gəmi burada kəşfiyyat xarakterli tapşırıqlar yerinə
yetirir.
2. Gəmi Rusiyanın atom sualtı gəmilərinə və ya uzun müddətdir ki,
regionda olan “Viktor Leonov” gəmisinə dəstək verir.
3. Rusiya gəmilərinin Karib dənizində peyda olması bundan xəbər
verir ki, Rusiya regionda hansısa sualtı işlər həyata keçirir.
4. Rusiya gəmilərini ABŞ sahillərinə Kanaveral kosmik mərkəzini
izləmək üçün və ya müxtəlif məxfi informasiyaları əldə etmək üçün
gəndərib. /Ans/
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb
-
Magazin214:05
Məşhur aparıcı tanınmaz halda - VİDEO