Dünya
Avropa Ankaraya qapılarını bağlayır: 6 gün qaldı
Türkiyənin Avropa İttifaqına girişi haqqında danışıqların dayandırılmasına çağıran qətnamə Avropa Parlamentinin noyabrın 24-də keçiriləcək plenar iclasında səsverməyə çıxarılacaq.
Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə Avropa Parlamentindəki mənbə danışıb.
“Qətnamə layihəsinin müzakirəsi noyabrın 22-də, səsvermə isə noyabrın 24-də olacaq”, - deyə agentliyin həmsöhbəti bildirib.
Mənbənin sözlərinə görə, qətnamə layihəsinin təşəbbüskarı sosialistlər və demokratların parlament fraksiyasıdır.
Xatırladaq ki, ötən həftə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini Türkiyədəki hadisələrlə əlaqədar ciddi narahatlığını ifadə edib. O, ölüm cəzasının mümkün bərpası haqqında müzakirələr və Xalqların Demokratik Partiyasının (HDP) üzvü olan millət vəkillərinin həbsindən narahat olduğunu bildirib.
Bu həftənin əvvəlində isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ilin sonunadək Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqların nəticəsini gözləyəcək.
“Nəticə olmayacağı təqdirdə bu məsələ xalq səsverməsinə çıxarılacaq”, - deyə o, qeyd edib.
Ərdoğanın sözlərinə görə, Türkiyənin Avropa İttifaqına qəbul olunması ilə bağlı referendum 2017-ci ildə keçirilə bilər. Dövlət başçısı deyib ki, Avropa İttifaqı danışıqlar müddətini uzatmaqla Türkiyəni özündən uzaqlaşdırır:
“Avropa İttifaqı Türkiyəni öz sıralarına qəbul etmək istəmirsə, bunu açıq deməlidir”.
Qeyd edək ki, Avropa İttifaqı və Türkiyə arasında assosiasiya haqqında razılaşma 1963-cü ildə imzalanıb. Ankara quruma üzvlük sifarişini 1987-ci ildə verib. Yalnız 2005-ci ildə başlanan üzvlük müzakirələri fikir ayrılıqları ilə əlaqədar dəfələrlə dayandırılıb.
Ömər Dağlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya30 Aprel 19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi














.png)
.jpg)














