Dünya
Rusiya səfirini öldürən polislə bağlı YENİ MƏLUMATLAR
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd həyata keçirən polis əməkdaşı Mert Altıntaş ilə bağlı yeni məlumatlar bəlli olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mert Altıntaşın 15 iyul hadisələri ilə əlaqələri ortaya çıxıb.
Məlumata görə, Türkiyədə 15 iyulda qiyama cəhd hadisəsi zamanı Mert Altıntaş Diyarbəkirdə müvəqqəti xidmət aparıb. Həmin vaxtı M.Altıntaşa 2 günlük icazə vermiş Diyarbəkir Çevik Polis Alayının şöbə rəisi Kahraman Sezer isə “FETÖ” terror təşkilatı üzvlərinə qarşı açılan cinayət işi üzrə həbs edilib.
Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, “Today's Zaman” qəzetinin Ankara təmsilçisi olmuş Abdullah Bozkurt adlı jurnalist 3 gün öncə Türkiyədə fəaliyyət göstərən səfirlərin təhlükəsizliyi ilə bağlı ciddi nöqsanların olduğu barədə məqalə yazıb.
Eyni zamanda, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd həyata keçirən Mert Altıntaşın məhz Abdullah Bozkurtun evində qaldığı məlum olub.
Qəzet yazır ki, səfiri qətlə yetirən Mert Altıntaş “FETÖ” terror təşkilatının ən güclü olduğu İzmirdəki Rüştü Ünsal adına Polis Məktəbinin məzunu olub. Qatil bu məktəbdən 2014-cü ildə məzun olub. Mevlüt Mert Altıntaşın 2012-ci ildə sözügedən polis məktəbinə köçürmə yolu ilə qəbul olduğu da üzə çıxıb.
Vasif Həsənli
-
İnanc19:40Ramazanın 22-ci günü: dua, imsak və iftar vaxtı
-
Nida Xəbər 18:10İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi
-
Region17:12Paşinyan Azərbaycanı izləyən Aİ missiyası haqda: Rolunu qiymətləndirmək çətindir
-
Nida Xəbər 17:10Paşinyandan Naxçıvanla bağlı mühüm açıqlama: Səbirsizliklə gözləyirik
-
Rəsmi xronika17:08Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
-
Rəsmi xronika15:58İlham Əliyev fərman imzaladı
-
Dünya15:20Vaşinqtonda heykəl peyda oldu: Tramp və Epşteyn "Titanik"-də - Foto
-
İdman13:24Neymar yenə qalmaqal yaratdı: Bu modeli "bəyənməsi" başına bəla oldu - FOTOLAR




































