Dünya
İŞİD lideri vuruldu
İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi İraqın qərbində aviazərbələr nəticəsində yaralanıb.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda təhlükəsizlik mənbələrinə istinadən “Alsumaria” və “Alhurra” peyk telekanalları bildirib.
“Alhurra”nın məlumatına görə, İŞİD lideri fevralın 9-da Əl-Kaim şəhərində aviazərbə zamanı yaralanıb. Kanal xəbər verir ki, o, İŞİD liderlərinin iştirakı ilə keçiriləcək toplantıya gəlmişdi. Aviazərbə İraq Hərbi Hava Qüvvələri tərəfindən endirilib.
Kanal iddia edir ki, ağır yaralanan İŞİD lideri müalicə üçün Suriyaya çatdırılıb. Onun yanında olan bir neçə başqa terrorçu həlak olub.
Qeyd edək ki, İŞİD liderinin vurulduğu haqqında xəbərlər daha əvvəllər də ərəb KİV-ində yayılıb. Lakin bu informasiyalar təsdiqlənməyib.
Ömər
-
Hadisə16:13"Makedon" vəfat etdi
-
Yaxın Şərq15:55İsrail ordusu indi də Suriyaya girdi
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:20Trampın qızı qəribə geyimi ilə gündəm oldu - FOTO
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO
-
Enerji13:53İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi

































