Dünya
Putindən Ankaranı sevindirən xəbər - FƏRMAN
Rusiya prezidenti Vladimir Putin Türkiyə barəsində bəzi xüsusi iqtisadi məhdudiyyətlərin ləğvi haqqında fərman imzalayıb.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətindən bildirilib.
Fərmana əsasən, türk şirkətlərinə qarşı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb. Həmçinin, Rusiya Xarici İşlər Nazirliyinə vətəndaşların qarşılıqlı səfərlərinin şərtləri haqqında razılaşmanın reallaşmasının qismən yeniləməsi barədə Türkiyəyə xəbərdarlıq edilməsi tapşırılıb.
Xatırladaq ki, mayın 27-də Rusiya prezidenti ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Dövlət başçıları ticarət-iqtisadi sferada məhdudiyyətlərin ləğvi haqqında razılaşmalar, həmçinin “Akkuyu” Atom Elektrik Stansiyası və “Türk axını” qaz kəmərinin tikintisi haqqında müzakirələr aparıblar.
Ömər
-
Nəqliyyat25 May 21:51Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinin qiymətləri enəcək? - Rəsmi açıqlama
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika25 May 17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial25 May 17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial25 May 16:52İTV-nin yeni baş direktoru müəyyən oldu






































