Dünya
Rusiya və Çindən ABŞ-a qarşı BİRGƏ PLAN
“Rusiya və Çin ABŞ-ın təsirini zəiflətməyə çalışır”.
Publika.az “Assoşieyted Press” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin (RUMO) başçısı Stüart Vinsentin məruzəsində deyilir.
“Moskva və Pekin ABŞ-ın dünyadakı təsirini zəiflətmək üçün ümumi marağlara malikdir. Onlar bunun üçün fəal əməkdaşlıq edirlər. Ölkələr arasında hərbi əməkdaşlıq iqtisadi əlqələr kimi yavaş-yavaş genişlənir”, - sənəddə bildirilir.
Sənəddə qeyd edilir ki, Rusiya Moskvanın Çinin “kiçik partnyor” olması ehtimalından narahatdır.
“Bəziləri şübhələnməyə davam edirlər ki, uzunmüddətli perspektivdə Çin yenidən Rusiya üçün hərbi təhlükə olacaq”, - məruzədə deyilir.
Sənəd gələn həftə dərc edilməlidir. Amma o “Assoşieyted Press”in əlinə keçib. “Rusiyanın hərbi gücü” adlanan məruzə son 20 il ərzində RUMO-nun məxfilikdən çıxardığı ilk sənəddir.
Ömər
-
Region21:00Xameneinin vəziyyəti necədir? - Əraqçidən yeni açıqlama
-
Səhiyyə20:48Azərbaycanda tanınmış həkim vəfat etdi - Foto
-
Magazin120:24Məşhur aktyorun sevgilisi yataqda pozalar verdi - Foto
-
Sosial20:00Bakıda ət bahalaşdı - Bəs Sumqayıtda?
-
Sosial19:36Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri alacaqsınız - Video
-
İKT18:48İnsanı kentavr halına gətirən robot hazırlandı - Video
-
Magazin117:40Rəqsanənin Gəncədəki konserti ləğv olundu
-
Hadisə17:35Bakıda köməksiz vəziyyətdə qalan uşaqlar belə xilas edildi - Video

































