Region
Xameneinin vəziyyəti necədir? - Əraqçidən yeni açıqlama
İranın ali lideri Müctəba Xamenei öz vəzifələrini icra edir və onunla bağlı hər şey qaydasındadır.
Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "MS Now" telekanalına müsahibəsində bildirib.
"Yeni ali liderlə bağlı heç bir problem yoxdur. Dünən o, müraciətlə çıxış edib və öz vəzifələrini icra edəcək. O, artıq Konstitusiyaya uyğun olaraq öz vəzifələrini icra edir və bunu etməyə davam edəcək", - deyə o qeyd edib.
"The Sun" qəzeti Müctəba Xameneinin hava zərbəsi nəticəsində ağır yaralandığını iddia etmişdi.
Jurnalistlərin məlumatına əsasən, İran liderinin bir və ya hər iki ayağını itirdiyi və komada olduğu bildirilirdi.
56 yaşlı Müctəba Xamenei, ABŞ və İsrailin Tehrandakı iqamətgahına endirdiyi zərbələr nəticəsində həlak olan ayətullah Əli Xameneinin oğludur və o, İranın yeni ali lideri seçilib. Martın 8-də Ekspertlər Məclisi yekdilliklə yeni rəhbəri ömürlük müddətə seçib.
Hüseyn İbadlı
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi



































.jpg)
.jpg)