“Əsədin taleyi Rusiyanın əlindədir” - ABŞ-dan ETİRAF
Bizi izləyin

Dünya

“Əsədin taleyi Rusiyanın əlindədir” - ABŞ-dan ETİRAF

“Əsədin taleyi Rusiyanın əlindədir” - ABŞ-dan ETİRAF

ABŞ-ın dövlət katibi Reks Tillerson ötən həftə BMT-nin baş katibi Antoniu Quttereşlə şəxsi söhbətində Suriya prezidenti Bəşər Əsədin taleyinin Rusiyanın əlində olduğunu bildirib.

Publika.az xəbər verir ki, bu haqda diplomatik mənbələrə istinadən “Foreign Policy” nəşri yazıb.

Dövlət katibi vurğulayıb ki, ABŞ-ın Suriya ordusuna qarşı hərbi addımları yalnız hökumət lehinə güclərin hərəkətlərinin məhdudlaşdırılması deyil, həm də kimyəvi silahın tətbiqinin qarşısının alınması və Amerika hərbi qulluqçularının müdafiəsinə yönəlib.

Nəşr qeyd edir ki, Tillerson üç ay əvvəl Əsədin kimyəvi silahdan güman edilən istifadəyə görə öz postunu tərk etməli olduğunu bildirirdi.

“Dövlət katibinin mövqeyi onun etirafıdır ki, Rusiya və İranın dəstəklədiyi Suriya hökuməti altı illik vətəndaş müharibəsində siyasi qalibdir”, - xəbərdə deyilir.

ABŞ Dövlət Administrasiyası görüşlə bağlı şərh verməkdən imtina ediblər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm