Şimali Koreyada gürünməmiş hadisə – FOTO
Bizi izləyin

Dünya

Şimali Koreyada gürünməmiş hadisə – FOTO

Şimali Koreyada 23 mərtəbəli bina çöküb.

Publika.az” xəbər verir ki, Şimali Koreyanın “KCNA” xəbər agentliyinə açıqlama verən bir səlahiyyətli paytaxt Pyonqyanqda 23 mərtəbəli bir bina çökdüyünə görə Şimali Koreya lideri Kim Yonq çox üzüldüyünü və bütün gecəni yatmadığını deyib. Hadisə yerinə gedən nazirlik səlahiyyətlisi isə xalqın qarşısında əyilərək üzr istəyib.

Agentlik binanın 92 mənzilində insanların yaşadığını və çoxlu sayda itki olduğunun təxmin edildiyini yazıb Hökumətin üzr istədiyi bildirilən xəbərdə qısa zaman ərzində suçluların məsuliyyətə cəlb olunacağı qeyd edilib.

Qəzet hadisəyə dörd səhifə ayırıb

Şimali Koreya mətbuatında adətən belə xəbərlərə yer verilmir. Ancaq bu dəfə ölkənin “Rodong Şinmun” adlı qəzeti qəza xəbərinə 4 səhifə yer verib. Qəzet səlahiyyətlilərin xalqdan üzr istədiyi fotonu yayımlayıb və qəzada məsuliyyətsizliyə yol verən hər kəsin cəzalandırılacağını yazıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm