Dünya
Ordu irəliləyir, əhali üsyan edir - Bərzanini DEVİRƏCƏKLƏR - FOTO
Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzanini
devirə bilərlər.
Publika.az xəbər verir ki, Bərzani rejiminin işğal etdiyi
əraziləri azad etmək əməliyyatına başlayan İraq ordusu və Haşdi
Şabi qüvvələri artıq Türkiyənin sərhədinə doğru yaxınlaşır.
Kərkükün ardınca Altınkörpü və Kuştəpəni peşmərgədən alan İraq
ordusu Mosul sərhədi yaxınlığındakı Zahoya doğru irəliləyir.
Bağdadın Mosul sərhədinin qərb kəsimini peşmərgə və PKK-dan aldığı
deyilir. Hədəf Türkiyə sərhədinə çıxış əldə ediləcək Ovaköy yolunu
təmizləməkdir.
İraq ordusundakı mənbə Türkiyənin Habur sərhəd keçid məntəqəsinin
açıldığı bölgənin tamamilə peşmərgədən təmizləyəcəklərini və Zaho
bölgəninə çatmağa çox yaxın olduqlarını deyib.
Hazırda Ərbillə Kərkük arasındakı bütün yollar kəsilib. Taktakın da
Bərzanidən alınması ilə Süleymaniyə-Kərkük xətti də tamamilə
bağlanıb. Son məlumatlara görə, Kuştepedən geri çəkilən peşmərgə
Səddam Hüseyn dövründən qalma körpüləri yandırıb. Partladılan
körpülərdən biri də Kərkük ilə Ərbil arasında quru yolu təmin edən
Hindistan körpüsüdür. Körpüləri partlatmaqda məqsəd İraq ordusunun
Ərbilə yolunun kəsilməsidir.
Tələbaninin partiyası olan Kürdüstan Yurdsevərlər Birliyi Bərzaniyə
qarşı çox sərt açıqlamalar verir.
Bu yaxınlarda vəfat edən Cəlal Tələbaninin oğlu Bafel Tələbani “Biz
İraq hökuməti ilə razılaşdıq. Bərzani hansı güclərlə necə
razılaşdığını açıqlamalıdır” deyə bildirib.
C.Tələbaninin qardaşı oğlu Lahor Tələbani isə Bərzaninin neft
oğrusu adlandırıb.
“Bərzaninin əgər qüruru varsa, istefa verməlidir. Kürd övladları
onun ehtirası üçün ölmək məcburiyyətində deyil”, - deyə o
bildirib.
Kərkükün ardınca əhəmiyyətli neft sahələri olan Taktak, Zummur,
Batme və Ayn Zaleyi də itirən Bərzani cəbhədə böyük məğlubiyyət
yaşayır.
İraq ordusunun Ərbilə girəcəyindən qorxan kürd xalqı isə baş
verənlərə görə Məsud Bərzanini ittiham edir. Ərbildəki təşvişin ən
vacib səbəbinin isə “çevriliş ehtimalı” olduğu deyilir. Şəhərdə
üsyanın başlaya biləcəyi qorxusu var. Məlumatlara görə, hazırkı
vəziyyəti görən əhali keçirilən referendumdan peşman olub. Peşmərgə
güclərinin də içində Bərzaniyə qarşı çıxanların olduğu deyilir.
Kürdlər “referendum keçirilməsəydi nə Kərkükü, nə də neft
qaynaqlarını itirərdik. Bütün günah Bərzanidədir. Və o, dərhal
istefa etməlidir”, - deyə etiraz edirlər.
Asif
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı