“Zeytun budağı” əməliyyatının ƏSL SƏBƏBİ: Türkiyənin işğalı və... - Xəyanət PLANININ ŞOK DETALLARI
Bizi izləyin

Dünya

“Zeytun budağı” əməliyyatının ƏSL SƏBƏBİ: Türkiyənin işğalı və... - Xəyanət PLANININ ŞOK DETALLARI

ABŞ Aralıq dənizinə açılacaq “terror dəhlizi” planında “Fərat Qalxanı” hərəkatı sonrası dəyişiklik edib.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, bunu Afrin sərhəd xəttində xidmət göstərən yüksək vəzifəli hərbçi söyləyib.

Onun sözlərinə görə, “terror dəhlizi” Lazkiyədən deyil, İskəndərundan keçməli idi.

“ABŞ və PKK Lazkiyə üzərindən deyil, İskəndərun xəttindən Aralıq dənizinə çıxmalı idi. Amma 2016-cı ilin avqustunda Cerablus-Azez xəttinə hərbi müdaxilə, daha sonra Astana formatı çərçivəsində İdliblə bağlı razılaşmanın əldə olunması ilə “terror dəhlizi” planı yenidən nəzərdən keçirildi. ABŞ Türkiyənin oyun pozan hücumlarından sonra İskendərun mövzusunda təşkilat üçün yeni “yol xəritəsi” müəyyən etdi. Əvvəlcə Amanosa terrorçuların nəqli və terror aktlarının artırılması təlimatı verildi. 2018-ci ildə “xəndək hadisələri” bənzəri təxribatlarla bölgə əhalisinin İskəndərun və ətraf ərazilərə köçürülməsinə qərar verildi. Plan çərçivəsində ən az 30 min insanın köçürülməsi planlaşdırıldı. Türkiyənin cənubi-şərqində terror aktları səbəbiylə köçən mülki vətəndaşlar arasında PKK tərəfdarları və de-şifrə olunmayan terrorçular yerləşdirilməli idi. İskəndərunda Mersin və Adanada olduğu kimi məhəllələr yaratmaq xəyanət planının başqa bir mərhələsi idi”, - o bildirib.

Yüksək vəzifəli hərbçi qeyd edib ki, Afrində yüzlərlə şəxs PKK üçün İskəndərundan dənizə çıxması xəyalları barədə danışıb. Onun sözlərinə görə, Türkiyə Afrinə müdaxilədə geciksəydi, daha böyük əvəz ödəmək məcburiyyətində qala bilərdi:

“Afrinin PKK-nın işğalında qaldığı hər dəqiqə bölgə, xüsusilə Türkiyə üçün böyük təhdid idi. Çünki yalnız sərhədin o biri tərəfində deyil. Türkiyənin daxilində də PKK-nı dənizlə qovuşdurmaq üçün bir çox çirkin layihə həyata keçirilir və bu istiqamətdə addımlar atılırdı. “Zeytun budağı” bir az da geciksəydi, daha çətin şərtlər yarana bilərdi. İndi ABŞ-PKK ittifaqının bütün tələləri pozuldu”.

O, ABŞ-ın hazırladığı planın Bəşər Əsəd rejimi və İran tərəfindən dəstəklənən şiə qruplarının da dəstəklədiyini vurğulayıb:

“Lazkiyədə yerləşən “Liva İskenderun/Mukaveme Suriy” təşkilatının üzvləri Hatay mənşəlidir. Dəməşq Hatay və İsgəndərunu hələ də Suriya xəritəsi daxilində göstərməkdə davam edir. Dəməşq PKK-nı dəstəkləmək üçün Mihrac Uralı təlimatlandırıb. Digər tərəfdən, İran nəzarət etdiyi Nubl və Zəhra qəsəbələrindən Afrindəki PKK-nın xarici aləmlə əlaqəsini təmin edir. Təşkilat həm digər işğal bölgələri ilə ünsiyyət qurur, həm də bu xətt vasitəsilə silah və sursat əldə edir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm