Dünya
ABŞ və Türkiyə RAZILAŞDI - Çavuşoğlu və Tillerson DETALLARI AÇIQLADI - (YENİLƏNİR)
Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında görüş keçirilib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki,Çavuşoğlu görüşdən sonra keçirilən mətbuat konfransında ABŞ ilə əlaqələrin düzəldilməsi üçün razılaşma əldə etdiklərini söyləyib.
“Hər iki tərəfin də gözləntiləri var. Biz FETÖ və ABŞ-ın YPG-yə dəstəyi mövzusunda fikirlərimizin ciddi qəbul edilməsini gözləyirik. Bu günə qədər verilən və yerinə yetirilən vədlər olub. Bundan sonra atılacaq addımları danışdıq. Biz artıq vədlər deyil, konkret addımlar gözləyirik”, - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib.
Onun sözlərinə görə, əlaqələri normallaşdırmaq və problemləri həll etmək üçün yeni mexanizmlər yaradılacaq. Mexanizmlərin müəyyənləşdirilməsi üçün isə ilk toplantı mart ayının ortalarında keçiriləcək.
Rek Tillerson isə öz növbəsində, Türkiyənin əhəmiyyətli bir ölkə olduğunu və bir çox terror təşkilatları ilə qarşı-qarşıya dayandığını deyib. O qeyd edib ki, Suriyada əməkdaşlıq, müstəqil və birləşmiş Suriyanın qurulması, həmçinin İŞİD-lə mübarizə mövzularında iki ölkə birgə çalışmalıdır.
Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını ciddi qəbul etdiyini deyən dövlət katibi Ankaradan dinc vətəndaşlara zərər verməməsini (Afrində keçirilən “Zeytun budağı” əməliyyatını nəzərdə tutur –red.) xahiş edib.
“ABŞ Türkiyə ilə əlaqələrə çox dəyər verir və bu əlaqələrin daha da yaxşılaşacağını düşünürük”, - Tillerson bildirib.
Xarici siyasət idarələrinin başçısı PYD/YPG-nin nəzarətində olan Suriyanın Münbiç şəhərinin taleyi barədə suala cavab verib. Çavuşoğlu bildirib ki, 2016-cı ildə ABŞ PYD-nin Münbici tərk edəcəyinə dair söz versə də, buna əməl edilməyib: “Biz bu prosesə Münbiç ilə başlayacağıq. Bu şəhəri kimin idarə edəcəyi, təhlükəsizliyin kim tərəfindən təmin olunacağı və sabitliyin yaradılması çox vacibdir. YPG buradan çıxdıqdan sonra etibara söykənərək bu məsələlərdə ABŞ-la birgə addımlaya bilərik”.
ABŞ-ın dövlət katibi qaçqınların evlərinə qaytarılması və eyni zamanda, Suriya münaqişəsinin siyasi həllini dəstəkləmək üçün səyləri Türkiyə ilə əlaqələndirəcəklərini bildirib.
“Bu bölgələrdə kimin hakim olacağına qərar verəcəyik. Əlaqələrimiz bir böhran nöqtəsindədir. Geri dönüb mübahisə edə bilərik, amma bunun faydalı olacağına inanmırıq. Bu əlaqələr NATO üzrə müttəfiqlər olaraq çox önəmlidir. İrəliləyə biləcəyimiz nöqtədən işə başlamaq istəyirik. Görüləcək çox işlər var. Artıq bu məsələdə tək hərəkət etməyəcəyik. Türkiyə başqa, ABŞ isə başqa bir şey etməyəcək. Birlikdə hərəkət edəcəyik. İŞİD-ə qarşı birgə mübarizə aparacağıq. Başqa terrorçu qruplar varsa, Suriya daxilində onlarla bağlı da addımlar atacağıq”, - Tillerson vurğulayıb.
Mətbuat konfransında Türkiyənin Rusiyadan alacağı S-400 zenit-raket sistemlərinə görə Ankaraya xəbərdarlıq edilib-edilmədiyi soruşulub.
Tillerson Ankarada keçirilən görüşlərdə ABŞ Konqresinin ötən aylarda qəbul etdiyi qanunun müzakirə edildiyini bildirib: “Bu, Rusiya hərbi texnikasının alınması barəsində qanundur. Əslində bu, bizim üçün prioritet məsələlərdən biridir. Ekspertləri bir araya gətirəcəyik. Təbii ki, Rusiyaya qarşı bir qərardı. Müxtəlif ölkələrin Rusiyadan bu cür silahları alması barədə narahatlığımızı ifadə edirik. Burada nəyin riskli olduğunu izah etməyə çalışacağıq. Əlbəttə ki, bu mövzu çox diqqətlə qiymətləndirilməlidir. Qanuna tamamilə riayət edəcəyik”.
Çavuşoğlu isə Konqresin bu barədə bir qanun qəbul etdiyini, amma digər tərəfdən Türkiyənin milli təhlükəsizliyinin çox vacib olduğunu deyib. O, həmçinin müttəfiqlərdən silah almağın olduqca çətin olduğunu dilə gətirib: “Adi silahları belə almaq istəyərkən, Konqresin qərar verməli olması ilə bağlı bəhanələr irəli sürülür. Türkiyənin bu silahlara təcili ehtiyacı var və Rusiya da bizə cəlbedici təklif verdi. Digər tərəfdən, Rusiya ilə Konqresin qərarından əvvəl razılaşdıq. Burada hər kəs bir-birini çox yaxşı başa düşməlidir”.
Ömər
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar