Dünya
ABŞ-ın təklifinin PƏRDƏARXASI – Türkiyəyə qarşı xain plan ORTAYA ÇIXDI
Ankarada hökumət mənbələri son aylarda ABŞ-ın yeni bir planı haqqında danışmağa başlayıblar.
Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, PKK-nın ləğv edilərək PYD-nin çətiri altına daxil edilməsi planlaşdırılır.
Plan ABŞ və Avropa İttifaqı ölkələrini “PKK terror təşkilatı ilə əməkdaşlıq edən tərəf” olmaqdan xilas etmək məqsədi daşıyır. Hökumətdə yer alan nazirlərdən birinin sözlərinə görə, ortamüddətli perspektivdə PKK-nın ləğvi müzakirə edilir.
“Bu, ABŞ və Avropa ölkələrinin yeni bir layihəsidir. Suriyada PYD və YPG-ni gücləndirilmək, bu təşkilatlara demokratik bir struktur görüntüsü vermək və onlar üçün geniş meydan açmaqla PKK adından xilas olmaq layihənin əsas hədəfidir. Adı dəyişəcək, amma funksiyalarını bu iki strukturun içində davam etdirəcəklər. Beləliklə, Türkiyənin etirazlarının azaldılması və diqqətlərin başqa səmtə çevrilməsi təmin ediləcək”, - o deyib.
Qeyd edilir ki, keçmişdə Şimali İraqda peşmərgələrlə bağlı həyata keçirilən plan Suriya sərhədində kürdləri yerləşdirmək üçün həyata keçirilir. Nazir qeyd edib ki, bu plan dövlət və hökumət səviyyəsində qiymətləndirilir.
Üç gün əvvəl ABŞ-ın Türkiyəyə etdiyi “YPG-nin PKK-ya qarşı döyüşdürmək” təklifi (təklifi ABŞ-ın dövlət katibi Reks Tillerson Ankara səfəri zamanı səsləndirmişdi –red.) də hökumətdə bənzər planın bir parçası kimi xarakterizə edilir.
Ömər Dağlı
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

































.jpg)
.jpg)

