Dünya
ABŞ-dan Türkiyəyə SƏRT İTTİHAM: "Tövsiyə edirik ki..."
"Atəşkəs rejimi bütün Suriya şamil olunur. Türkiyə BMT-də qəbul edilən layihəni ətraflı və daha diqqətli oxumalıdır".
Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın
Xarici İşlər Nazirliyinin sözçüsü Hezer Nauert deyib. O bildirib
ki, BMT-nin Təhlükəsizlik Şurasının ötən dəfə "Humanitar
yardımların göstərilməsi məqsədilə 30 günlük atəşkəs elan edilməsi"
qərarı bütün Suriyanı əhatə etdi.
ABŞ sözçüsü Afrində terrorçu qruplaşmalarına qarşı apardığı "Zeytun
Budağı" hərəkatına toxunaraq Türkiyənin BMT-nin humanitar yardım
məqsədilə qəbul etdiyi qərarı yaxşı oxumadığını bildirib:
"Tövsiyə edirəm ki, Türkiyə bu layihə ilə yaxından tanış olsun. Türkiyə, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv olan ölkələr də yekdilliklə alınan atəşkəs qərarını əməl etsin. Atəşkəs qərarı Suriyanın bütün sərhədlərində keçərlidir. Qətnaməyə imza atan bütün üzv ölkələr mövqeyini bir etməlidir. Amma Rusiya atəşkəs qərarının lehinə səs versə də, Əsəd rejiminə dəstək verməyə davam edir. Bu, çox böyük bir problemdir. Hümanitar yardım məqsədilə qəbul edilən atəşkəs bütün ölkələri əhatə edir. Təbii ki, İŞİD, Əl-qaidə, Əl-Nusra və bunlarla bağlı qrup, habelə insanlar atəşkəs rejiminə daxil deyillər".
Könül Cəfərli
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

































.jpg)
.jpg)

