Dünya
Rusiya və ABŞ-la… - Torpaqların qaytarılmasının yeganə yolu AÇIQLANDI
“Donbasda silahlı konfliktə görə məsuliyyət Ukrayna prezidenti Pyotr Poroşenkonun üzərinə düşür”.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Moskvada mətbuat konfransında Ukraynanın keçmiş lideri Viktor Yanukoviç bildirib.
“Dörd il ərzində Ukrayna hakimiyyətindən heç kəs Donetsk və Luqansk xalq respublikaları ilə danışıqlara başlamağa cəhd etmədi. Buna görə məsuliyyət Poroşenkonun üzərinə düşür. O müharibəni başa çatdırmağa söz verdi, amma bunun üçün heç nə etmədi”, - Yanukoviç deyib.
Ukraynanın keçmiş prezidentinin fikrincə, Donbasda müharibənin dayandırılmasına yalnız bir yolla nail olmaq olar:
“Əminəm ki, sülhün axtarışında tək yol Avropa İttifaqı, Rusiya, ABŞ və BMT-nin müşahidəsi altında Donbasın nümayəndələri ilə birbaşa sülh danışıqlarıdır. Mən yaxın vaxtlarda 21 fevral 2014-cü il sazişinin (Maydan qarşıdurmalarına son qoymaq üçün Ukrayna hakimiyyəti və müxalifət arasında imzalanmışdı – red.) dövlət-zaminlərinə - Rusiya və ABŞ-a müraciət etməyi planlaşdırıram. Onlar Donbas münaqişənin həllində əsas rolu oynayırlar. Donbasda müharibənin dayandırılması yollarının axtarışı və müharibənin nəticələrinin aradan qaldırılmasının başlanması üzrə təkliflər mənim müraciətimin predmeti olacaq”.

2017-ci ilin yanvarında Yanukoviçin vəkili Vitali Serdyuk bildirib ki, Ukraynanın keçmiş prezidenti ölkəyə qayıtmaq istəyir. Vəkilin sözlərinə görə, Yanukoviçin Rusiyada yaşaması məcburi ölçüdür, çünki vətəndə onu siyasi motivlər üzrə təqib edirlər. Serdyuk dəqiqləşdirib ki, Moskva ona müvəqqəti sığınacaq verib.
Yanukoviç 2010-2014-cü illərdə Ukrayna prezidenti olub. O, Maydan hadisələri nəticəsində hakimiyyət dəyişikliyindən sonra ölkəni tərk edib. Keçmiş dövlət başçısı barəsində Ukraynada bir neçə cinayət işi qaldırılıb, onun ölkə ərazisindəki əmlakı həbs edilib.
Ömər Dağlı
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu






















