ABŞ
1983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
ABŞ-ın keçmiş prezidenti Bill Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton Ceffri Epşteyn işi ilə bağlı araşdırmanın bir hissəsi olaraq Nümayəndələr Palatasının Nəzarət Komitəsinin qarşısına çıxmağa razılıq veriblər.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Cütlük Respublikaçıların tələblərinə tabe olduqlarını bildirib. Onlar əvvəllər bir neçə ay ərzində komitə sədri Ceyms Komerin tələbini yerinə yetirməkdən imtina etmiş və istintaqı siyasi motivli adlandırmışdılar. Mövqelərini dəyişdirmək qərarı komitədəki bəzi demokratların respublikaçıları dəstəkləməsindən sonra verilib.
Bill Klintonun qanunvericilər qarşısındakı qarşıdakı ifadəsi demək olar ki, görünməmiş bir hadisə olacaq. ABŞ-ın keçmiş prezidentləri 1983-cü ildən bəri Konqresdə ifadə verməyiblər. Komitə yüksək vəzifəli demokratların mərhum maliyyəçi Ceffri Epşteyn və onun ortağı Gisleyn Maksvell ilə əlaqələrinə diqqət yetirmək niyyətindədir.
Vəkillərin dindirməni dörd saatla məhdudlaşdırmaq cəhdlərinə baxmayaraq, komitə sədri bu təklifi rədd edib.
Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatında hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar bildiriblər ki, 2002-2005-ci illər arasında o, Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızın baş çəkməsini təşkil edib, onların ən kiçiyi 14 yaşında olub.
Epşteynin dost və tanışları arasında təkcə ABŞ-dan deyil, həm də bir çox başqa ölkələrdən (keçmiş dövlət başçıları da daxil olmaqla) çox sayda hazırkı və təqaüddə olan məmurlar, tanınmış iş adamları və şou-biznesin məşhur nümayəndələri olub.
Tural
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatları AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu
-
ABŞ02:42Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı - Sonra çörək maşınının...










.jpg)



.jpg)











.png)


.jpg)




