Dünya
Qlobal savaş 00:30-da RƏSMƏN BAŞLAYIR
ABŞ prezidenti Donald Trampın polad və aliminium idxalına gömrük rüsumları tətbiq etməsini nəzərdə tutan qərarı Bakı vaxtı ilə gecə saat 00:30-da imzalanacaq.
Publika.az xəbər verir ki, Ağ Ev bu münasibətlə imza mərasimini təşkil etməyi planlaşdırır.
Qərara əsasən, polada 25 faiz, alimimiuma 10 faiz rüsum tətbiq ediləcək. Bu qərarın ABŞ-a polad və alimimium ixrac edən ölkələrə, xüsusən də Çinə və Avropa ölkələrinə, Hindistana və digərlərinə ciddi zərbə vuracaq.
ABŞ prezidenti daha əvvəl verdiyi açıqlamasında yeni qərarı ölkəsinin ticarət tərəfdaşlarının “haqsız qazanc” əldə etməsi və Birləşmiş Ştatlarda yüz minlərlə iş yerini təhlükə altında qoyması ilə əsaslandırıb.

Artıq ABŞ-a polad və aliminium ixrac edən ölkələrin əksəriyyəti cavab tədbirləri görəcəklərini bildiriblər. Avropa Komissiyasının prezidenti Jan klod Yunker ABŞ-a qarşı cavab tədbirləri hazırladıqlarını açıqlayıb. Çin Birləşmiş Ştatları dünya iqtisadiyyatına və qlobal ticarətə zərbə vuran qərarlardan çəkinməyə çağırıb. Rəsmi Pekin bildirir ki, digər ölkələr də ABŞ-ın addımını təkrarlasa, dünya ticarətinə ciddi zərbə dəyəcək. Kanada xarici işlər naziri Xrist Friland da ölkəsinin cavab tədbirləri görəcəyini bildirib.
Analitiklərə görə, Trampın qərarı əsasən ABŞ-la Çin arasında ticarət müharibəsinə gətirib çıxaracaq. Çünki Çin ABŞ-a ən çox polad ixrac edən ölkədir və təbii ki, Trampın qərarından ciddi ziyan çəkəcək. Digər tərəfdən Trampın qərarına görə, ABŞ iqtisadiyyatına da ciddi zərər dəyəcək, bu qərarın xeyrindən çox ziyanı olacaq.

Donald Trampın qərarını şərh edən Türkiyənin baş nazirinin müavini Mehmet Şimşək “qlobal ticarət savaşı”nın başlanacağını bildirib. Onun sözlərinə görə, okeanın o tayına polad ixrac edən ölkələrdən olan Türkiyə ABŞ-ın bu qərarına pambıq idxalına qoyulan rüsumları artırmaqla cavab verəcək.
Tramp bildirib ki, Avropa İttifaqı ABŞ-dan gələn məhsullara əlavə rüsum tətbiq etməyə başlayarsa, Vaşinqton Avropa istehsalı olan avtomobillərə 25 faiz əlavə rüsum tətbiq edəcək.
“Görərsiniz, onlar daha davam edə bilməzlər”, - o bildirib.
Ömər Dağlı
-
ABŞ00:45ABŞ İrana qarşı ardıcıl yeddinci gecə hücumlarına başladı
-
Ekologiya00:27Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video
-
Dünya17 İyul 19:307,4 ballıq zəlzələ bu ölkəni silkələdi - Sunami təhlükəsi elan edildi
-
Ekopublika.az17 İyul 19:00Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? - Son statistika
-
Elm və təhsil17 İyul 16:44Qəbul imtahanının nəticələri açıqlandı
-
Nida Xəbər 17 İyul 14:58AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib - Lavrov






.webp)

.jpg)


























