Dünya
Su işgəncələri və qiyamların arxasındakı SİRLİ QADIN – VİDEO
Bu gün gündəmin bir nömrəli xəbəri heç şübhəsiz ki, ABŞ prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonu istefaya göndərməsi oldu. Tramp xəbəri Tvitter səhifəsindən verdi. Deyilənə görə, Tillerson istefaya göndərilməsini də məhz prezidentin Tvitter səhifəsindən öyrənib.
“Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo yeni dövlət katibimiz olacaq. O, fantastik işlər görəcək. Reks Tillersona xidmətlərinə görə təşəkkür edirəm”, - Tramp yazıb.
Pompeonu isə MKİ postunda Cina Hespel əvəz edib. ABŞ tarixində MKİ-nin ilk qadın direktoru olan Cina Hespel kimdir?
Publika.az xəbər verir ki, sirli qadın olduğu deyilən və 1985-ci ildə MKİ-yə qatılan Cina Hespel idarənin vitse-prezidenti vəzifəsinə Trampın yeni komandasının formalaşdırılması prosesi çərçivəsində - 2017-ci ilin fevral ayında təyin edilib.
62 yaşlı qadının Pompeoya ən yaxın adam olduğu deyilir.
Hespel MKİ-nin vitse-prezidenti təyin edilmədən əvvəl qurumun Tailanddakı həbsxanasına rəhbərlik edib. Onun adı həmçinin 2002-ci ildə Tailandda "Əl-Qaidə" terrorçularına qarşı su (waterboarding) işgəncəsinin tətbiq edildiyi təsisi idarə etməsi ilə xatırlanır.
Hespel terrorla mübarizə sahəsində bir çox mükafatlara sahibdir. Kəşfiyyat məlumatlarının toplanması, məlumatların analizi, gizli əməliyyatlar, əks-kəşfiyyat və xarici xidmətlərlə bağlı əməliyyatlarda əvəzolunmaz bir agent olduğu iddia edilirdi.
Onun İran, Tunis, Misir və bir çox Yaxın Şərq ölkəsində baş verən iğtişaşların arxasında olduğu bildirilir.
Ömər
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

































.jpg)
.jpg)

