Dünya
Vaşinqtonda “müharibə kabineti” qurulur – Trampın ŞOK PLANI
ABŞ prezidenti Donald Tramp bütün dünyaya meydan oxuyan “müharibə sənədləri”nə paralel olaraq bir “müharibə kabineti” qurur.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, İsrail tərəfdarı olan Maykl Pompeonu Tillersonun əvəzinə dövlət katibi postuna gətirən Tramp neoconların “şahin”i adlandırılan Con Boltona milli təhlükəsizlik üzrə məsləhətçi vəzifəsi verəcək.
Nəşrin yazdığına görə, Dövlət Departamentinin rəhbərliyində edilən dəyişiklik sərt kursun qarşıdakı dövrə damğa vuracağanı göstərmiş oldu. Vaşinqton bu dəyişikliklə kifayətlənməyərək, milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmasteri də ayın sonuna qədər vəzifəsindən göndərmək niyyətindədir. Onun yerinə “Yeni Amerikan əsri layihəsi”nin öndə gələn adlarından olan və neocon qanadın “şahin”i hesab edilən Con Boltonun gətiriləcəyi gözlənilir.
Boltonun vəzifəyə gətirilməsi ilə Trampın yeni bir “müharibə kabineti”nin formalaşacağı bildirilir. Con Bolton ABŞ-ın İran və Şimali Koreyaya qarşı müharibə elan etməli olduğu fikrini müdafiə edir.
Pompeo da kifayət qədər sərt mühafizəkar mövqeyi ilə məşhurdur və “Çay partiyası” - Respublikaçılar Partiyasının daxilində qeyri-formal siyasi qrupla bağlıdır. O, İsrail tərəfdarı və İran əleyhinə olması ilə tanınır. Obama dövründə İran ilə imzalanan nüvə razılaşmasının ləğvini dəstəkləyən Pompeo “Əgər İsrail və Səudiyyə Ərəbistanı İrana qarşı birləşərsə, bu, yaxşı bir şeydir” ifadəsinin müəllifidir. 11 sentyabr 2001-ci il Nyu-Yorkdakı terror aktından sonra sonrası qurulan və “qara dəlik” olaraq xarakterizə edilən işgəncə bazalarının ləğvinə qarşı çıxmışdı. Pompeo, son olaraq 2016-cı il iyulun 15-də Türkiyədəki dövlət çevrilişinə cəhddən sonra “İran da Türkiyə prezidenti Ərdoğanın hökuməti qədər demokratikdir... Hər ikisi də islamçı totalitar bir diktatorluqdur” ifadələrinin yer aldığı skandal bir tvit atmışdı. Pompeonu “İranafobik” adlandıran Qətər Universitetinin əməkdaşı Julian Kole regional güc döyüşündə Səudiyyə Ərəbistanının yanında olacağını qeyd edib.
Ömər Dağlı
-
Dünya11:34ABŞ-ın bu ölkədəki gizli rolu üzə çıxdı: Müharibəyə belə hazırlaşırlar
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: Anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
























.jpg)
.jpg)





