Dünya
Norveç Putinin sirrini ifşa etdi - Casusu yaxalandı - /FOTOLAR
Norveçli balıqçılar ötən həftə İqna kəndi yaxınlığında üzərindən asqılar olan bir ağ balina aşkar edib.
Publika.az xəbər verir ki, bu balina norveçli mütəxəssislərin diqqətini çəkib. Onların sözlərinə görə, balina Rusiya Hərbi Dəniz Donanması tərəfindən təlim keçib və o, bir casusdur.
“Guardian” qəzetinin xəbərinə görə, Norveçin NRK televiziyasına danışan balıqçı Yoar Hesten bildirib ki, dənizə torlarını atmaq istəyərkən ağ balina özü onlara yaxınlaşıb: “Balina qayığın iplərini dartmağa başladı. Heyvanın üzərində silah, ya da kamera taxmaq üçün istifadə olunduğunu təxmin etdiyimiz asqılar var idi. Asqını çıxardıq. Üzərində “Sankt Peterburq istehsalıdır” yazısı vardı.

Balıqçılar bildirib ki, balina itaətkar və insanlara öyrəşmiş formada davranıb.
Norveç Dəniz Araşdırmaları İnstitutundan Martin Biu məsələ ilə bağlı bu açıqlamanı verib: “Bu balina Rusiyadan gəlibsə, - elə olduğunu təxmin edirik – bunu edənlərin elm adamları deyil, rus donanması olduğunu düşünürük”.
Norveç Qütb Universitetinin Qütb və Dəniz Biologiyası Fakültəsinin professoru Audun Rikardsen isə qeyd edib ki, rusiyalı araşdırmaçılara bu barədə danışıb: “Rusiyada bəzi balinaların qəfəslərdə saxlandığını, bu yaxınlarda isə azad edildiyini bilirik. Bu balinalar qayıqlara yaxınlaşırlar. Ancaq rusiyalı araşdırmaçılarla görüşdüm. Onların balina ilə bir əlaqələri olmadığını, bunu Murmanskdakı Rusiya donanmasının edə biləcəyini dedilər”.

Qeyd edək ki, 1980-ci illərdə Sovet Rusiyasında əsgərlər tərəfindən təlim keçilən delfinlərin casusluq məqsədilə istifadə edildiyi tarixdə bilinən faktdır. İti görmə qabiliyyəti və çox yaxşı hafizəsi olan, tutulması da bir o qədər çətin olan bu heyvanların su altındakı silahları təsbit etmək üçün istifadə edildiyi bu proqrama 1990-cı illərdə son qoyulub.
Rusiya prezidenti Vladimir Putin son üç ildə Şimal Qütbündəki 3 köhnə Sovet bazasını yenidən istifadəyə açmışdı. Rusiya Donanması adına Murmansk Dəniz Biologiyası Araşdırmaları İnstitutu tərəfindən aparılan araşdırmada ağ balinalara qütb bölgəsindəki bu bazaları qorumaq, dalğıclara bələdçilik etmək və lazım gəldiyində Rusiyanın sularına daxil olan yadları öldürmək üçün təlim keçildiyi məlum olmuşdu. Delfinlər və foq balıqları 120 metr məsafəyə qədər suyun dibindəki torpedo, mina ve digər silahları aşkar etmək və dalğıcların silahlarını daşımaq üçün də istifadə edilir.
Zümrüd
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)



















.jpg)

.jpg)