Dünya
Türkiyə ilə sərhəddə 20 milyon azərbaycanlının həyatı xilas edildi - FOTO
Cənubi Azərbaycan ərazisində yerləşən və dünyanın ən böyük duz göllərindən biri olan Urmiya son aylarda artan yağışlar sayəsində yenidən canlılıq qazanıb.
Publika.az xəbər verir ki, böyük bir hissəsi quruyan Urmiya gölünün yenidən əvvəlki vəziyyətinə qayıtması azərbaycanlıları sevindirib.
Ən dərin nöqtəsi 16 metr olan və təxminən 95%-i quruyan gölün yağış suları sayəsində canlanması ilə regional və sosial fəlakətin qarşısı alınıb.
Anadolu Agentliyinə açıqlama verən Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şərhriyari bildirib ki, Urmiya gölünün su həcmi ötən illərdə 1 milyard kubmetrə düşmüşdü. Lakin bu günlərdə 5,5 milyarda yaxın rəqəmə çatıb.
Son illərdə yağışların azalması və havanın temperaturunun artması kimi səbəblərdən Urmiya gölü tamamilə quruma təhlükəsi ilə üz-üzə qalmışdı. Gölün suyu kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıyırdı.
Vali qeyd edib ki, hökumət Urmiya Gölü Xilasetmə Mərkəzi qurmuş və gölün əvvəlki halına qayıtması üçün 1 milyard dollarlıq 29 layihə hazırlanmışdı: “Urmiya gölünün ətrafında 15 milyona yaxın insan yaşayır. Əgər göl qurusaydı, duz fırtınaları meydana gələrdi və böyük böhranlara yol açardı. Bu da 20 milyon insanın həyatına təsir göstərəcəkdi. Köç və milyonlarla insanın məişət həyatının pisləşməsi dərin böhrana yol açacaqdı.
Qeyd edək ki, Urmiya gölünün suyu 2003-cü ildən bəri qurumağa başlamış və 2013-cü ildə tamamilə quruma təhlükəsi altında qalmışdı. Ölkə miqyasında gölün qurumasının qarşısını almaq üçün müxtəlif aksiyalar keçirilmiş və layihələr tərtib olunmuşdu.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)


















.jpg)
.jpg)
