Dünya
Qırıcılar havaya qalxdı, gəmilər hərəkətə keçdi - ABŞ Çini mühasirəyə alır
ABŞ donanması Cənub-şərqi Asiya Millətlər Birliyi (ASEAN) üzvləri ilə ilk dəfə ortaq hərbi təlimlərə başlayıb.
Publika.az xəbər verir ki, təlimlərə 8 döyüş gəmisi, 4 donanma təyyarəsi və 1000-dən çox ABŞ əsgəri qatılıb.
Bu gün start götürən təlimlər Cənubi Çin dənizində, Çinlə ABŞ arasındakı gərginliyin pik həddə olduğu bir dövrdə gerçəkləşir. Tailandda başlayıb Sinqapurda sona çatacaq təlimlər 5 gün davam edəcək. Təlimləri izləyən Çin ordusuna aid gəmilər Vyetnam tərəfindən haqq iddia edilən sularda dayanıb.
Tailandın paytaxtı Banqkokda yerləşən ABŞ səfirliyindən verilən məlumata görə, təlimlərə qatılan gəmilər beynəlxalq sulardan Cənubi Çin dənizinə girməyi planlaşdırır. Burada gəmilərə basqın və axtarış praktik təcrübələri keçiriləcək.
Məsələ ilə bağlı Honq Konq mərkəzli “South China Morning Post” qəzetinin yazarı və Asiya Sakit Okean bölgəsindəki dənizçilik problemləri, müdafiə və strateji işlər sahələrində araşdırma aparan Kollin Koh Çinin ABŞ liderliyindəki millətlər tərəfindən əhatələnməkdə olduğu narahatlığına qapılmamaq üçün təlimlərin miqyasının məhdudlaşdırıldığını bildirib.
Malayziya lideri Mahathir Məhəmməd Çinin bu cür təlimlərlə təhdid edildiyini hiss etməsinin normal olduğunu deyib. Məhəmməd Malayziya ordusunun da qatılacağı təlimlərin “təxribatçı və artıq məsrəf” olduğunu qeyd edib.
Qeyd edək ki, ASEAN 2018-ci ildə Çinlə ortaq təlimlər gerçəkləşdirmişdi.
10 üzv ölkəsi olan ASEAN Cənub-şərqi Asiya bölgəsində iqtisadi, siyasi, hərbi və mədəni əməkdaşlığı artırmaq üçün qurulmuşdu.
Zümrüd
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi































.jpg)
.jpg)
