Dünya
YENİ DÖVLƏT qurulur - Qəbul etməyənlərə SƏRT CƏZA
ABŞ prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsinin həlli kimi dəyərləndirdiyi “Əsrin müqaviləsi”nin ilkin mətni yayımlanıb.
Publika.az xəbər verir ki, mətni Livanın “Al Mayadeen” televiziyası ictimailəşdirib.
Sənədə əsasən, yeni Fələstin dövlətinin qurulması üçün İsrail, “Həmas” və Fələstin Qurtuluş Təşkilatı (FQT) razılığa gəlib. Razılaşmaya görə, Qərbi Şəriə və Qəzza zolağında “Yeni Fələstin” adı altında dövlət qurulacaq.
“Al Mayadeen”də yer alan məlumata görə, layihə ABŞ, Avropa İttifaqı və Körfəz ölkələri tərəfindən qəbul olunub.
“Yeni Fələstin”in qurulması üçün ABŞ, Avropa İttifaqı və Körfəz ölkələri qarşıdakı 5 il əzrində 30 milyard dollar xərcləyəcək. Yeni dövlətdə ancaq polisin silah gəzdirməsinə icazə veriləcək. İsrail bu dövləti xarici təhdidlərdən mühafizə edəcək. Buna görə də “Yeni Fələstin”dən müəyyən qədər ödəniş alınacaq.
İddiaya görə, “Həmas” qüvvələri tamamilə silahsızlaşdırılacaq. Üzvlərinə aylıq maaş veriləcək. Qəzza zolağının nəzarətini əlində saxlayan hərəkat, İsraillə münaqişəyə girməyəcək.
FQT və “Həmas” razılaşmanı rədd edərsə, ABŞ fələstinlilərə verdiyi maliyyə dəstəyini kəsəcək. Digər ölkələrin Fələstinə yardım etməsinə əngəl olacaq. Eyni üsul İsrailə də şamil ediləcək və ona iqtisadi yardım edilməyəcək.
Qeyd edək ki, “Əsrin müqaviləsi” layihəsini Donald Trampın baş məsləhətçisi və kürəkəni Cerard Kuşner ərsəyə gətirib.
Zümrüd
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO





























.jpg)


