Dünya
İnsanların küçənin ortasında anidən can verməsinin səbəbi bəlli oldu - FOTOLAR
Çində koronavirusa yoluxanların anidən olduqları yerdə yıxılıb çırpınaraq can verməsinin səbəbi bəlli olub.
Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Türkiyə üzrə nümayəndəsi İrşad Əli Şeyx koronavirusa yoluxanların tənəffüs çatışmazlığı yaşadıqlarını bildirib.
Türkiyə Enerji Strategiyaları və Siyasəti Araşdırma Mərkəzinin (TESPAM) ev sahibliyi etdiyi Koronavirus və Qlobal Təsirləri panelində çıxış edən professor xəstələrin ciyərlərinə su yığıldığını, buna görə də nəfəsalmanın çətinləşdiyini və bu səbəbdən anidən öldüklərini deyib.

O qeyd edib ki, koronavirus sətəlcəmə səbəb olur, bundan başqa, digər xəstəliklərin irəliləməsinə münbit şərait yaradır: “Xəstə sətəlcəm olarsa, tibb işçiləri bunu təsbit edər və zamanında müdaxilə etməyə imkan olar. Lakin koronavirus tam olaraq təyin olunmadığından virusa yoluxanların ölüm səbəbinin başqa xəstəlik olub-olmadığını müəyyən etmək olmur. Dolayısı ilə insanların ciyərləri şişərək su ilə dolub nəfəs almayacaq duruma gələnə qədər onu dərk etmək mümkün olmadığı üçün anidən ölümə yaxalanırlar. Koronavirus insan bədənində yeni olduğu üçün orqanizm daha əvvəl verilməyən reaksiyaları belə göstərə bilir”.
Qeyd edək ki, ilk dəfə 12 dekabr 2019-cu ildə Çinin Uhan şəhərində ortaya çıxan virus ilk günlərdə insanların ictimai məkanlarda anidən ölümünə səbəb olurdu. Bu da qorxu və təşviş yaradırdı. Virusun yayıldığı əyalətlərdə fövqəladə vəziyyət elan edildikdən sonra bu hadisələrin sayında azalma baş verdi. Çin Milli Səhiyyə Komitəsinin rəsmi açıqlamasına görə, virusdan ölənlərin sayı 500-ə, yoluxanlar isə 30 minə yaxınlaşıb.
Zümrüd
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?

































