Türk ölkəsi qarışdı: Prezident hərəkətə keçdi, ölülər var - (YENİLƏNDİ
Bizi izləyin

Dünya

Türk ölkəsi qarışdı: Prezident hərəkətə keçdi, ölülər var - (YENİLƏNDİ

Türk ölkəsi qarışdı: Prezident hərəkətə keçdi, ölülər var - (YENİLƏNDİ

Qazaxıstanın Zambul vilayətinin Korday rayonunda baş verən kütləvi davada 300 nəfər iştirak edib.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər naziri Erlan Turqımbayev mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, 8 nəfərin həlak olduğu insidentdə 40-dan çox insan yaralanıb. 47 nəfər polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, fevralın 7-də yerli vaxtla saat 19:00-da növbətçi polis hissəsinə Korday rayonunun Masançi kəndində 70 nəfərin iştirak etdiyi kütləvi dava haqqında məlumat daxil olub. Hadisə zamanı 30-dan çox evə, 15 ticarət obyektinə və 23 avtomobilə ziyan dəyib.

***

13:00

Qazaxıstanın Zambul bölgəsindəki kəndlərdə gecəyarısı insident olub.

Publika.az xəbər verir ki, olaylar nəticəsində 8 nəfər ölüb.

Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev açıqlamasında polis və əsgərlərin asayişi bərqərar etdiyini, hökumətə isə kəndlərdə sabitliyin qorunması üçün addımlar atılması əmrini verdiyini deyib.

Hadisənin hansı səbəbdən baş verdiyi və insidentin təfərrüatları haqqında məlumat verilməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm