ABŞ-dan İrana qarşı yeni plan - Ağ Evdəki gizli görüşün sensasion detalları sızdı
Bizi izləyin

Dünya

ABŞ-dan İrana qarşı yeni plan - Ağ Evdəki gizli görüşün sensasion detalları sızdı

ABŞ-dan İrana qarşı yeni plan - Ağ Evdəki gizli görüşün sensasion detalları sızdı

Ağ Evdə İrana qarşı son hücum planı ilə bağlı gizli görüş keçirilib. Görüşdən sızan məlumatlar arasında "yeni hədəf" siyahısı diqqəti çəkib.

Publika.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bildirilib ki, görüş zamanı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper prezident Donald Tramp yenidən hücum etmək qərarına gələrsə, aktivləşdirilə biləcək son dərəcə güclü hücum planının detallarını açıqlayıb.

İddialara görə, hədəf siyahısı olduqca genişdir. Yalnız İranın qalan hərbi elementləri deyil, həm də rəhbərliyi və kritik infrastruktur nöqtələri hücum üçün potensial hədəflər hesab olunur. Bu vəziyyət planın yalnız hərbi müdaxilə deyil, həm də rejimin mərkəzinə doğru birbaşa hərəkət ola biləcəyi ilə bağlı şərhlərə səbəb olub.

Pentaqonun gündəliyindəki digər diqqət çəkən məsələ Tehrana qarşı "gizli kart" hesab edilən yeni nəsil hipersəs raket sistemi "Drak Eagle"dır. Bu silahın təxminən 3200 kilometr mənzilə və İranın qalan ballistik raket buraxıcılarını birbaşa hədəfə almaq qabiliyyətinə malik olduğu bildirilir.

Həmçinin məlumata görə, ABŞ bölgədə “B-1B Lancer” bombardmançı təyyarələrinin mövcudluğunu da artırır ki, bu təyyarələrin çoxlu miqdarda sursat daşıya biləcəyi qeyd olunur.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm