Makronun qalmaqallı açıqlaması: Hədəfdə Türkiyədir?
Bizi izləyin

Dünya

Makronun qalmaqallı açıqlaması: Hədəfdə Türkiyədir?

Makronun qalmaqallı açıqlaması: Hədəfdə Türkiyədir?

“Fransa prezidenti Emmanuel Makronun Yunanıstan təhlükədədirsə, onun yanında durmaq barədə sözləri konkret olaraq heç bir ölkəni hədəf almayıb”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavrö bildirib.

O, Makronun ötən həftə Afinaya səfəri zamanı verdiyi "Suverenliyiniz təhdid altındadırsa, biz də sizin yanınızda duracağıq" açıqlaması və ölkəsinin müxtəlif böhran bölgələrində Türkiyənin mövqeyinə qarşı çıxması barədə sualları cavablandırıb.

"Makronun sözləri bütün müttəfiqlərimiz və tərəfdaşlarımız üçün eynidir. Bu, konkret olaraq heç bir ölkəni hədəf almır. Türkiyə ilə Yunanıstan arasında davam edən dialoqu dəstəkləyirik", - deyə sözçü bildirib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm