Dünya
Novruz şənlikləri LƏĞV EDİLDİ - Koronavirusa görə
Şimali İraqda Novruz bayramı şənlikləri təxirə salınıb.
Publika.az xəbər verir ki, ikinci elana qədər vilayətdə bayram keçirilməyəcək.
Buna səbəb dünyada sürətlə yayılan yeni tip koronavirusdur.
Ərbil şəhərinin valisi Fərsət Sofi təşkil etdiyi mətbuat konfransında vilayətdə koronavirus şübhəsinin olmadığını, lakin qabaqlayıcı tədbirlər çərçivəsində bu addımı atdıqlarını bildirib.
Süleymaniyyə valisi Həval Əbubəkir isə şəhərdə hər cür toplaşma, tədbir və kafelərdə qəlyanların verilməsini qadağan etdiklərini söyləyib.
İraq Səhiyyə Nazirliyi verdiyi açıqlamada İrandan qayıdan bağdadlı gəncdə koronavirus aşkarlandığını, bununla da ölkədə yeni tip virus daşıyıcısının 6-ya çatdığını açıqlayıb.
Buna görə İraqla yanaşı, Çin, Tailand, Cənubi Koreya, Yaponiya, İtaliya və Sinqapur İrana viza verilməsini dayandırıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

































.jpg)
.jpg)

