Dünya
Çinli professorlar koronavirusun hüceyrələrə daxil olmasının qarşısını aldı - Effektiv KƏŞF
Çinin paytaxtı Pekində yerləşən Tsinqua Universitetinin araşdırmaçıları koronavirusa qarşı yeni dərman tapıb.
Publika.az "Evronyus"a istinadən xəbər verir ki, professor Canq Linçi antikordan istifadə edərək hazırladıqları dərmanın Kovid-19 virusunun yapışdığı protein parçalarını möhkəm şəkildə izolyasiya etdiyini və immun sistemini gücləndirdiyini açıqlayıb.
Kovid-19 virusunun insan hüceyrələrinə girməsinin qarşısını alan bu izolyasiya tədbiri koronavirusla mübarizədə olduqca effektivdir.
Araşdırmaçılar bildirib ki, yeni tip virusa yoluxub daha sonra sağalan xəstələrdən götürülən qan nümunələrindən 206 müxtəlif antikor izolyasiya edilib. İlk 20 antikorda aparılan sınaqlarda 4-nün hüceyrələrə virusun girməsinin qarşısını aldığı aşkarlanıb. Müalicəyə bəzi qan qrupları daha yaxşı cavab verib.
Araşdırmanın növbəti mərhələsində ən yaxşı antikor seçiləcək və sayı artırılaraq koronavirusun mutasiyaya uğramasının qarşısı alınacaq.
Qeyd edək ki, koronavirus pandemiyasının ortaya çıxdığı zamandan bəri yoluxan xəstələr qızdırma, HİV, SARS, temperatursalan dərmanlarla və tənəffüs aparatları ilə müalicə olunurdu.
Zümrüd
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

































