Dünya
Koronavirus III Dünya Müharibəsi başlatdı - Prezident açıq-açıq TƏHDİD ETDİ
Yeni tip koronavirus (COVID 19) ölkələrarası müharibə başladıb.
Publika.az xəbər verir ki, pandemiyadan ciddi zərər görən ölkələr arasında tibbi maska və digər ləvazimatlar üstündə savaşlar gedir.
Qitələri aşan bu müharibənin ilk nümunəsi martın əvvəlində Çexiya və İtaliya arasında yaşandı. Çexiya İtaliyanın sifariş etdiyi 110 min maskanı müsadirə etdi. Daha sonra diplomatik təşəbbüslər nəticəsində problem həllini tapdı.
İtaliya başqa bir problemi Fransa ilə yaşadı. Fransa mətbuatına görə, İsveçin “Mölnlycke” səhiyyə şirkəti Çindən aldığı maskalar 3 martda Fransada müsadirə edildi. Virusdan ən çox zərər görən İtaliya və İspaniyaya göndəriləcək maskalar üçün İsveç hökuməti hərəkətə keçdi. Fransa yalnız maskaların yarısını İtaliya və İspaniyaya göndərdi. Şirkət bundan sonrakı sifarişləri Belçika vasitəsilə aidiyyəti ölkələrə göndərəcəklərini açıqladı.
Fransanın Prezidenti Emmanuel Makron maska məsələsinin müstəqillik və suverenlik məsələsi olduğunu açıqlayaraq ölkədə maska istehsalının artırılmasını istədi.
Almaniya da 8 martda İsverçəyə göndəriləcək 240 min maskanın ixracına icazə verməyərək məhsulları müsadirə etdi. İsverçə problemin həlli üçün diplmatik yollara əl atdı.
Başqa ölkələrin maskalarını əlindən alan Fransa və Almaniyanın da başına eyni fəlakət gəldi. Fransada Paka bölgəsinin rəhbəri Renaud Muselier 2 apreldə verdiyi açıqlamada Çindən sifariş etdikləri maska və digər qoruyucu vasitələrin ABŞ-a nəğd ödəmə qarşılığında göndərildiyini bildirdi: “Çindəki hava limanında fransızların sifariş verdiyi maskalar amerikalılar tərəfindən nəğd pulla alındı və ölkəyə göndərildi”.
Almaniya ABŞ-ı “müasir qulduluqda” ittiham etdi
Almaniya da pandemiya ilə mübarizədə istifadə edilmək üçün aldığı 200 min maskanı ABŞ-ın müsadirə etdiyini açıqladı.
Berlinin Daxili İşlər üzrə senatoru Andreas Geisel 3 apreldə verdiyi açıqlamada əyalətin aldığı koronavirus və infeksiyaya qarşı müdafiəni təmin edə bilən "FFP-2" maskalarının Banqkokda ABŞ tərəfindən alındığını bildirdi. O, ABŞ-ı sərt dillə tənqid edərək bu addımı müasir quldurluq adlandırdı.
Almaniya Səhiyyə naziri Yens Span da maska savaşının yaşandığını dilə gətirərək tələbin nə qədər çox olduğuna diqqət çəkib.
ABŞ-da əyalətlər və federal hökumət arasında yarış var
Maska savaşı ABŞ-da artıq vətəndaş müharibəsinə çevrilib. ABŞ mətbuatının məlumatına görə, Massaçustes əyalətinin aldığı 3 milyon maska Nyu York hava limanında adı açıqlanmayan bir federal hökumət qurumu tərəfindən götürülüb.
“Vaşinqton Post” 31 martdakı xəbərində Respublikaçılar Partiyasının nəzarətindəki bəzi əyalətlərə tələb olunandan daha çox yardım göndərildiyini iddia etdi.
Tramp maska istehsalçısı şirkəti təhdid etdi
ABŞ Prezidenti Donald Tramp maska istehsalçısı 3M-i maska ixracatını dayandırması üçün təhdid etdi. 3 apreldə verdiyi açıqlamada ixracatın davam etməsinin şirkət üçün ciddi problemlər yarada biləcəyini bildirdi.
Şirkətdən verilən açıqlamada Tramp hökumətinin istehsal edilən maskaların Kanada və Latın Amerikası bazarlarına ixracının dayandırılmasını tələb etdiklərini bildirdi. Firmanın sözlərinə görə, ABŞ-ın ixracı dayandırmasına digər ölkələr də eyni cür cavab verə bilər.
Zümrüd
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





