Dünya
Koronavirus ərzaq qıtlığına səbəb olacaq? - ARAŞDIRMA
Koronavirus pandemiyası qarşıdakı aylarda qlobal ərzaq sistemini çətin vəziyyətə salacaq.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hesabat hazırlayıb.
Hesabatda bildirilir ki, bəzi ölkələrin taxıl ixracına məhdudiyyət qoyması, bəzi sektorların istehsalı dayandırması, iş yerlərinin bağlanması, təcili alış-veriş səbəbilə market rəflərinin boşalması Kovid-19-un qlobal qida təhlükəsizliyi və tədarük zəncirlərini təhdid etdiyini göstərir.
Bildirilib ki, 2020-ci il üçün dünyada hamıya kifayət edəcək qədər ərzaq var. Amma virusa yoluxma faktı artdıqca və tədbirlər genişləndirildikcə qlobal qida sistemi ağır sınağa çəkiləcək. Daha bir narahatlıq isə transferlə bağlıdır. Çünki hazırda ərzaqlar A nöqtəsindən B nöqtəsinə göndərilmir, meyvə-tərəvəz istehsalı azalır.
Aprel və may ayı üçün proqnozlar bu qaydadadır:
Hərəkətin məhdudluğu fermerlərin və qida istehsalçılarının işini əngəlləyir. Gübrə və baytar dərmanları istehsala mənfi təsir göstərir. Restoranların bağlanması, alış-verişin azalması dəniz məhsulları və təzə tərəvəzlərə tələbatı azaldır.
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı qida tədarükü zəncirində, qida istehsalında azalmanın qarşısının alınması üçün ölkələrə lazımi tədbirləri görmək və beynəlxalq ticarəti açıq saxlamaq çağırışı edir. Bunun üçün fərdi sahibkarlara toxum, əkin ləvazimatlarının, heyvan saxlayanlara yem və lazımi məhsulların təmini həyata keçirilməlidir. BMT 2007-2008-ci illərdəki qida böhranının təkrarlanmaması üçün həmin dövrdəki səhvlərdən dərs çıxarılmasının vacibliyini vurğulayır.
Qeyd edək ki, dünyanın ən böyük taxıl ixracatçısı olan Rusiya arpa və buğdanın ixracına məhdudiyyət qoyub. Vyetnam və Kamboca düyü, Misir isə mərci ixracını müvəqqəti dayandırıb.
Zümrüd
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi



































