Dünya
5 ölkə milyardlarla dolları sadəcə bunun üçün xərcləyib - HESABAT
Qlobal hərbi xərclər 2019-cu ildə 3,6% artaraq 1,9 trilyona çatıb.
Publika.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) hesabat hazırlayıb.
Sənədə əsasən, 2019-cu ilin hesablanan rəqəmi 2010-cu ildən bəri hərbi xərclərdəki ən böyük illik yüksəlişə işarə edir. Bu xərclərin 62%-i ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanının payına düşür.
ABŞ-ın xərcləri 2019-cu ildən əvvəlki ilə nisbətən 5,3% artaraq 732 milyard dollar olub. Ümumi şəkildə, ABŞ-ın 2010-2019-cu illər arasında hərbi xərcləri 15% azalıb. SIPRI-nin araşdırmaçısı Piter Vezeman 2018-2019-cu illərdə ABŞ-ın xərclərindəki artımın ölkələrarası rəqabətin göstəricisi olduğunu deyib.
ABŞ-dan sonra ən çox pul xərcləyən ölkə olan Çinin 2010-2019-cu illərdə hərbi xərci 85% artaraq 261 milyard dollara çatıb. Hindistanda isə bu rəqəm 37% artaraq 71,1 milyard olub.
Almaniya ilk 15 ölkə arasında hərbi xərclərini ən çox artıran ölkə olub – 49,3 milyard dollar. Araşdırmaçı Dieqo Lopes da Silva Almaniyanın hərbi xərcləri artırmasını Rusiyadan gələ biləcək təhdidlərə qarşı ola biləcəyini və bu ehtimalın bir çox NATO ölkələri ilə paylaşıldığını deyib.
Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu qurulduğu 1966-cı ildən bəri insident, silahlanma, silaha nəzarət və silahsızlaşdırma sahələrində araşdırma, hesabat, analizlər hazırlayır.
Zümrüd
-
İdman20:36"Neftçi" - "Nyukasl" oyununa görə belə qərar verildi
-
Nida Xəbər 20:00Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
-
Hadisə19:12Bu rayonda zəlzələ oldu
-
Hadisə19:00Sumqayıtda güclü yanğın baş verdi - VİDEO
-
Nida Xəbər 18:48Gənc oğlanı qaçırıb evlənməyə məcbur etdilər
-
İdman18:36Qurbanov sağlam qidanın "Qarabağ"ın nəticələrinə təsirindən danışdı
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır












.webp)








.jpg)











.jpg)


