Dünya
Pandemiyanın əsas səbəbi bu canlı növüdür - Dünya şöhrətli mütəxəssislərin araşdırması
“COVID-19-un məsuliyyətini daşıyan 1 canlı növü var: o da bizik. Son dövrlərdəki epidemiyalar antropogen fəaliyyətlərin birbaşa nəticələridir. Xüsusilə nəyin hesabına olursa-olsun, iqtisadi inkişafa əhəmiyyət verən qlobal maliyyə və iqtisadi sistemlərimizin”.
Publika.az xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın “Qardian” qəzetində dərc edilən araşdırmada yer alıb.
Professorlar Cosef Bettl, Sandra Diaz, Eduardo Brondizio tərəfindən qələmə alınan məqalədə mövcud böhranın ortaya çıxardığı çətinliklərin öhdəsindən gəlmək və gələcəkdəkilərin toxumlarını atmaqdan qaçmaq kimi kiçik fürsət pəncərəmizin olduğu bildirilib.
Mütəxəssislər COVID-19-un sadəcə başlanğıc ola biləcəyini vurğulayaraq fikirlərinə belə davam edib: “Bu gün etdiyimiz seçimlərin ehtimal olunan təsirləri mövzusunda diqqətli olmasaq, gələcəkdəki pandemiyalar, böyük ehtimalla, daha tez-tez olacaq. Sürətlə yayılacaq və böyük iqtisadi sarsıntıya yol açacaq. Daha çox sayda insan öləcək”.
Onlar trilyonlarla dollarlıq iqtisadi canlanma paketlərinin ətraf mühitin qorunmasını gücləndirmək məqsədilə istifadə olunmasını tələb edir: “Ekoloji standartları genişləndirmək və təsərrüfat, hava yolu, fosil yanacaqdan asılı enerji sektorlarını gücləndirmək siyasi baxımdan faydalı ola bilər. Lakin bunu təcili və köklü dəyişikliklər olmadan etmək gələcəkdəki pandemiyaların ortaya çıxmasına şərait yaradar”.
Mütəxəssislərin fikrincə, meşəsizləşmənin yayılması, fermer təsərrüfatı, təsərrüfatın nəzarətsiz genişləndirilməsi və mədənçilik, vəhşi növlərin istismarı xəstəlik üçün mükəmməl fırtına yaradıb. Bu fəaliyyətlər çox sayda insanı onlarda rast gəlinən xəstəliklərin 70%-nin qaynağı olan heyvanlarla üz-üzə qoyub. Bu durum da şəhərsalma və qlobal hava səyahətlərindəki böyümə ilə birləşərək Asiyadakı yarasalarda olan zərərsiz virusun insanlar üçün ölümcül hala gəlməsinə yol açıb.
Zümrüd
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)