Dünya
36 ölkə müraciət etdi: Borclar ertələnsin
Hazırda G20 qrupuna sədrlik edən Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi bildirib ki, COVID-19 pandemiyasına qarşı mübarizə və iqtisadiyyatın dirçəldilməsi məqsədilə 36 ölkə borclarının ertələnməsi üçün bu təşkilatın katibliyinə müraciət edib. Krallığın Maliyyə naziri bu məlumatı G20 ölkələrinin maliyyə məsələləri üzrə işçi qrupunun virtual iclasında verib.
Publika.az xəbər verir ki, G20 ölkələri qrupunun nəzdində yaradılmış Borc Xidmətlərinin Dayandırılması Təşəbbüsü (DSSI) ağır sosial-iqtisadi vəziyyətə düşmüş ölkələrə təcili yardım göstərilməsi məqsədilə artıq 14 milyard dollar həcmində vəsait ayırıb. Qeyd olunub ki, BMT-nin də müraciətinə uyğun olaraq, Afrika ölkələrinin dövlət borclarının ertələnməsi prioritet vəzifədir.
Səudiyyə Ərəbistanı G20-nin sədri kimi BMT-nin təşəbbüsü ilə keçirilən “COVID-19 pandemiyası dövründə və sonra inkişafın maliyyələşdirilməsi” adlı virtual iclasda da pandemiyadan sonra qlobal iqtisadiyyatın dirçəldilməsi, maliyyə problemlərinin həlli məsələlərinin müzakirəsində iştirak edib. Krallığın Maliyyə naziri Məhəmməd əl-Cədaan bildirib ki, onun ölkəsi bu məqsədlə beynəlxalq təşkilatlara 500 milyon dollar ayırıb. O əlavə edib ki, pandemiya ilə mübarizəyə əlavə 8 milyard dollar vəsait tələb olunur. Əl-Cədaan varlı ölkələri bu ağır vəziyyətdə Afrika və Latın Amerikası dövlətlərinə yardım etməyə çağırıb.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR











.jpg)


.jpg)























