Dünya
İkinci dalğa daha güclü və uzun olacaq - Milyonlara zərər vuran böyük təhlükə Azərbaycana yaxınlaşır
Bu ilin ilk aylarında Şərqi Afrika, Ərəbistan yarımadası və Körfəz ölkələrini cənginə alan çöl çəyirtkələri Pakistan, Hindistan və Rusiyaya doğru irəliləyişini davam etdirir.
Publika.az xəbər verir ki, Şərqi Afrika və Afrika Buynuzu ölkələrində rast gəlinən, 20 milyon insanın qidasına zərər vuran çəyirtkə sürülərinin iyunda qitəyə ikinci dəfə hücumu gözlənilir.
Pakistan Milli Fövqəladə Halların İdarəsi Agentliyi Bəlucistan, Xeybər Pahtunhva, Pəncab və Sind əyalətlərindəki 61 bölgənin çəyirtkə istilasına məruz qaldığını bildirib. Hindistanda son 27 ildə qeydə alınan ən böyük çəyirtkə istilası 8 əyalətə sıçrayıb. Sadəcə Racastanda 90 min hektarlıq kənd təsərrüfatı ərazisi zərər görüb. Rusiya Kənd Təsərrüfatı Nazirliyi Stavropolun və Dağıstanın çəyirtkə sürülərindən zərər gördüyünü açıqlayıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mütəxəssisi Keyt Kressman açıqlamasında bildirib ki, ikinci dalğa daha güclü və uzun olacaq.
Zümrüd
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyiti 1 ay sonra tapıldı - Foto
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
































.jpg)